SON DƏQİQƏ

Davos 2019: Qaranlıqda şam yeməyi insanın gözlərini necə aça bilər

Tarix:25-01-2019, 15:47

Yenicə tanış olduğun birinin çiyinlərinə toxunmaq çox qəribə səslənir.

Lakin Davosda baş tutan "Qaranlıqda Şam Yeməyi" təcrübəsi zamanı başqa şansımız yox idi.

Otaqda hərəkət edə bilmək üçün ofisiantımız Darren-dən yapışmaq məcburiyyətində idi

Fiziki şəkildə nəyəsə toxumandan hərəkət etməyə çalışsa idik, heç şübhəsiz yıxılardıq.

Tədbir bu il Davosda çox məşhurdur.

Hər axşam üçün 50 yer olmaqla konfransın 3000 iştirakçısı rahat şəkildə bu şam yeməyində iştirak edə bilər.

Capaxia adlı sosial müəssisənin yaradıcısı və bu tədbirin təşkilatçısı Gina Badenoch ümid edir ki, təcrübə vasitəsilə insanların işə götürdüyü işçilər haqqında məlumatı daha da genişlənəcək.

O, bu yolla korluq təcrübəsi yaşatmaq istəmir və deyir ki, niyyəti insanları xarici görünüşü ilə qiymətləndirməyəyi aşılamaqdır.

Xanım Badenoch 12 il əvvəl Mexikoda qatıldığı oxşar tədbirdə qaranlıqda küçədə yeriməli olub və qərara alıb ki, karyerasını görmə məhdudiyyətli insanlar barədə dəyişən qavrayışlara kökləsin.

İxtisasca fotoqraf olan xanım Badenoch, görməyən insanlara fotoqraflıq sənətini öyrətmək fikrinə düşüb.

Bunun ağlasığmaz səsləndiyini özü də bilir, amma deyir ki, şəkili çəkməmişdən əvvəl səslə subyektin yerini müəyyənləşdirmək mümkündür.

Əl ilə yemək

Bu axşam da o bizə eyni təcrübəni yaşatmaq istədi: daha yaxşı dinləyiciyə çevrilmək üçün arxayın olduğumuz vizual ipucları olmadan hərəkət etmək.

"Məqsəd, insanlardakı potensialın gücünü ortaya çıxarmaqdır," o deyir.

Davosda baş tutan Dünya İqtisadi Forumu çərçivəsində bu, yaxşı bir dərs sayıla bilər.

Adətən ad nişanları təhlükəsizlik məqsədi ilə taxılır.

Təəssüf ki, qarşındakı insanın söhbət etməyə dəyib-dəymədiyini müəyyənləşdirmək üçün bir vasitə kimi də istifadə olunur.

Mobil telefonlarımız və hətta saatlarımız əlimizdən alındı və biz zülmət qaranlığa tərəf irəliləməyə başladıq.

Gina BadenochFotonun müəllifiCAPAXİA
Image captionGina Badenoch bizim hisslərimizə etibar etmək təcrübəsini sınamağımızı istəyir

Bizim altı nəfərlik masamızın üzvləri tamamilə Darren-dən asılı idi.

O, boşqablarımız, çəngəl-bıçaq-qaşıqlarımız, stəkanlarımız və çörəyin yerini tapmaqda bizə kömək edirdi.

Qaranlıqda insanların nə dediyini anlamaq əvvəl çətin olur. Bir müddət sonra isə adamın üzərinə qəribə rahatlıq çökür.

Bəziləri qaranlıqda gözə görünən ləkələrdən qurtulmaq üçün gözlərini bağlamışdı.

Bıçaq və çəngəlimi istifadə edərkən çətinlik çəkirdim və starter salatı əllərimlə yeməyə başladım.

Hətta kuskus və toyuqlu əsas yeməyi də əllərimlə yedim.

Kim biləcəkdi ki?!

Qaranlıq otağa girməmişdən əvvəl bir-birimizlə mədəni ümumi söhbətlər edirdik.

Qaranlıqda isə sanki ürəyimiz açılmışdı.

Münasibətlərimiz, sevgi hekayələrimiz və ayrılıqlarımız haqqında rahat danışırdıq.

Xəcalətli

İki saatdan sonra işıqlar yandı və biz ilk dəfə ofisiantlarımızı gördük.

Sən demə onlar görmə məhdudiyyətli insanlarmış. Çox emosional bir an idi.

Qaranlıqda sərbəst hərəkət edən ofisiantımız Darren-in əlində əsa var idi.

Əgər onu əvvəlcədən görmüş olsa idik, bu işi bacarmayacağını düşünəcəkdik. Hamımız xəcalət hissi keçirirdik.

Yüksək səviyyədə işləyən heyətin bütün üzvləri görmə məhdudiyyətlidirlərFotonun müəllifiCAPAXİA
Image captionYüksək səviyyədə işləyən heyətin bütün üzvləri görmə məhdudiyyətlidirlər

Xanım Badenoch da həmin anı ömürlük yadda saxlayacağımıza ümid edir.

O, ofisiantların gənc və işsiz olduğu oxşar şam yeməkləri təşkil edib.

Belə yeməklərdən birində hətta ofisiantlar əlil arabası ilə xidmət göstəriblər.

Bu il o, qaçqın və immiqrantların ofisiant olacağı tədbirlər keçirməyi planlayır.

"Onların bacarmadığı işləri yox, bacardığı işləri görün" - bu, onun sloqanıdır.

Qəzəbli

Bu ilki Davos konfransında ön mühakimə mövzusu geniş yer tutur.Xüsusilə də fiziki məhdudiyyətli insanlara qarşı.

Ən son rəsmi statistikaya əsasən, Birləşmiş Krallıq (BK) əmək qabiliyyətli hər beşinci kəs fiziki məhdudiyyətlidir.

Dünya üzrə əmək qabiliyyətli fiziki məhdudiyyətli insan təxminən 470 milyon nəfərdir. Ancaq onların əksəriyyəti işləmir.

Bu rəqəmlər irlandiyalı sahibkar Caroline Casey-ni qəzəbləndirir.

Binc adlı biznesə qəbul şirkətinin təsisçisi olan xanım Casey, Davosa "Valuable" adlı kampaniyasını təqdim etmək üçün qatılıb.

Onun məqsədi, gələn il ərzində dünya üzrə tərkibinə fiziki məhdudiyyətli insanları qatmaq istəyən 500 şirkətlə razılaşmaqdır.

Xanım Casey kampaniyasına 2017-ci ildə Kolumbiyada 1000 kilometr at çapmaqla başlayıb.

Özü də fiziki məhdudiyyətli olduğu üçün bu işə daha çox can yandırır.

Əsasən gözlərə təsir edən okular albinizmlə doğulan xanım Casey, 28 yaşına qədər bunu gizlədib.

17 yaşında maşın sürə bilməyəcəyini öyrənənə qədər, hamının onun kimi gördüyünü düşünürmüş.

Getdikcə görmə qabiliyyəti o qədər zəifləyir ki, bunu gizlədə bilmir.

Artıq 47 yaşı olan xanım Casey, heç kimin eyni hissləri yaşamasını istəmir.

"Niyə insanlar tam olduğu kimi qəbul edilmirlər, anlamıram. Hamımız unikalıq," o deyil.

Qəribəlik

Virgin Media-da icraçı direktoru Jeff Dodds deyir ki, şirkətləri çəkindirən mühakimə yox, qəribəlikdir.

Menecerlər adətən yanlış şey demək və ya etməkdən narahat olurlar, o söyləyir.

Caroline CaseyFotonun müəllifiISABEL INFANTES
Image captionCaroline Casey öz vəziyyətini ictimailəşdirmək üçün Kolumbiya boyunca at çapıb

Virgin Media "Valuable" kampaniyasında Binc ilə əməkdaşlıq edir və gələn ilin sonuna qədər bir milyon fiziki məhdudiyyətli insanı işlə təmin etmək və işdə saxlamaq niyyətindədir.

O deyir ki, Virgin Media kimi müştərilərlə daim ünsiyyətdə olan şirkətlər cəmiyyətin belə böyük hissəsinə etinasız yanaşa bilməz.

"Şirkətimizə nə qədər çox fərqli insan daxil etsək, xidmətlərimiz də bir o qədər yaxşılaşacaq," - cənab Dodds söyləyir.

İki il əvvəl belindən aldığı zədədən sonra o, çox şey öyrənib.

İş yerində əlavə ehtiyacları olan işçilərin menecerləri ilə söhbət etməyinin çətinliyini anlayan cənab Dodds deyir ki, danışmadan da lazımı dəstək əldə etmək mümkün deyil.

Qaranlıqda iki saatlıq yemək fiziki məhdudiyyətli insanların vəziyyətini qavramaq üçün yetərli olmasa da, xanım Badenoch-un ümid etdiyi kimi, onların həssaslığını anlamağa kömək ola bilər.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ