SON DƏQİQƏ

Əmrlərə qarşı çıxmaq qabiliyyətinə necə yiyələnmək olar?

Tarix:20-08-2018, 12:19

Əksər insanlar razı olmasalar belə, rəhbərlərinin dediklərinə əməl edirlər. Sən demə bunun səbəbi beyində gizli imiş. Və xoşbəxtlikdən bunu dəyişmək də mümkündür.

Çətin vəziyyətdə doğru şeyi edəcəyimizi düşünürük. Lazım gələrsə müdirimizə qarşı çıxar, zəifə dayaq olar və yanlış bildiyimiz bir şeyi etməkdən imtina edərik.

Təzyiq altında belə, hərəkətlərimizi istiqamətləndirən anadangəlmə daxili kompasa malik olduğumuzu düşünmək adamı həvəsləndirir.

Reallıqda isə əksəriyyətimiz rəhbərə qarşı çıxmağı bacarmırıq. Yeni bir araşdırma beyinin çətin vəziyyətlərlə necə başa çıxdığını - və ya çıxmadığını - görməmizə kömək olacaq.

Araşdırma, mənliyimizi güclü yetişdirmək və inandığımız dəyərlər uğrunda inadla mübarizə aparmaq bacarığımızı artırmağın yollarını ortaya çıxardacaq.

qız, polis, hərbçiFotonun müəllifiREUTERS
Image captionRəhbərə və ya rəsmiyə qarşı çıxmağı hər birimiz bacarmaya bilərik, amma xoşbəxtlikdən bunu dəyişmək mümkündür

Hollandiya Nevrologiya İnstitutundan sosial nevroloq Emilie Caspar-ın rəhbərliyi ilə edilən sınaqlarda könüllülər bir-birlərinə elektrik şoku veriblər. (Araşdırma Stanley Milgram-ın 1960-cı illərdə apardığı məşhur sınaqların davamı kimi aparılsa da, daha etik və elmi cəhətdən ciddi tərzdə tətbiq edilir.)

İlk öncə iştirakçılardan bir-birinə kiçik məbləğ qarşılığında (hər dəfə təxminən 10 qəpik) şok yeritmək istənilib. İştirakçılara tərəf müqabilinə 60 dəfə şok yeritmək imkanı verilsə də, onlar təxminən yarısını tətbiq etməyiblər. Təqribən 5-10 faizi isə heç bir dəfə də şok düyməsini sıxmayıb.

Sonra Caspar iştirakçıların başı üzərində dayanıb və bunu etmələrini əmr edib. Bu zaman əvvəl şok düyməsinə toxunmayanlar belə, onu sıxmağa başlayıblar.

Caspar əmr verən kimi elektroansefaloqram (EEG) iştirakçıların beyin fəaliyyətinin dəyişdiyini göstərib. Araşdırma göstərib ki, beyin, qarşıdakı şəxsin hərəkətlərinin nəticəsini daha az qavrayır. Könüllülərin böyük əksəriyyətinin vasitəçi və məsuliyyət hissi itməyə başlayıb.

"Mən 450-dən çox iştirakçı sınadım və cəmi 3 nəfər əmrləri yerinə yetirməkdən imtina etdi," Caspar deyir.

"Bəs bu üç nəfəri digərlərindən fərqli edən nədir?"

qız, polis, hərbçiFotonun müəllifiGETTY IMAGES
Image captionNecə olur ki, böyük əksəriyyət bacarmadığı halda, bəzilərimiz rəhbərlərə qarşı çıxa bilirik?

Spesifik beyin zədəsi keçirən xəstələr üzərində aparılan araşdırmalar sualı qismən cavablandırır. Ön beyinin ən irəli hissəsi olan alın payı zədələnən insanlar əmrləri icra etməyə daha meylli olurlar.

"Onlar rəhbərlərə diqqətlə qulaq asır və əmrə daha az şübhə ilə yanaşırlar," ABŞ-da yerləşən Hamline Universitetinin Liberal İncəsənətlər Kollecinin psixologiya üzrə dosenti Erik Asp deyir.

"Yəni, əgər bir rəsmi şəxs səndən kimisi incitməyini istəyirsə, çox güman ki edəcəksən."

Etiraz mərkəzi

Bəs rəhbərə qarşı çıxmağa bizi vadar edən beyinin bu hissəsi nə ilə fərqlənir?

Sual inamın təbiəti - və nevroloji əsası - kimi fəlsəfi mövzulara dayanır. Dəqiq elmi fikir birliyi olmasa da, Spinozan modeli ən güclü iddia hesab olunur. İddiaya əsasən, yeni ideya və ya faktı anlamaq üçün beynimiz həmin şeyə o an inanmalıdır.

rəsmFotonun müəllifiGETTY IMAGES
Image captionƏmrə etiraz etmək - və ya əksinə eşitdiyimizə inanmaq - elmi olduğu qədər fəlsəfi əhəmiyyət daşıyır

"Anlamaq hərəkəti həm də inanmaqdır. Proseslər nə olursa olsun, onlar eynidir, Asp deyir.

O andan sonra, siz yeni məlumata şübhə və ya etiraz edə bilərsiniz.

"Siz ayrıca neyropsixoloji prosesdən istifadə edərək reallığa qayıda və həmin əqli təmsilə inanmaya bilərsiniz," Asp söyləyir.

"Başqa sözlə, məlumata şübhə ilə yanaşa bilərsiniz."

Asp iddia edir ki, alın payı xəstələri üçün prosesin ikinci hissəsi pozulur. Yəni, müdirin söylədiyini ikinci dəfə təhlil etmək əvəzinə, bu xəstələr eşitdikləri şeyi anlamağa üstünlük verirlər.

Əgər rəhbərə şübhə ilə yanaşmaq və onu sorğuya çəkmək qabiliyyətimiz alın payında yerləşirsə, sağlam insanların bu qabiliyyəti gücləndirmələri üçün bir yol olmalıdır. Alın payı bir elastikliyə malikdir.

"Məncə, bu dəyişdirilən bilən bir xüsusiyyətdir," Asp deyir.

"Bu, beyinin içində yetişən bir funksiya deyil - daşa yazılmayıb."

futbolçuFotonun müəllifiREUTERS/JOHN SİBLEY
Image captionBeyninizin yeni ideyanı anlaması üçün ona saniyəlik inanması gərəkdir - amma bəzilərimiz etirazı daha yaxşı bacarırıq

Şübhəni inkişaf etdirməyin ən yaxşı üsullarından biri təhsildir, Asp deyir. Və nəticədə sizə deyilən şeylərə tənqidi yanaşmaq qabiliyyəti güclənəcək.

Çoxluğun xeyrinə

Davranışınıza təsir göstərən başqa bir faktor da var.

Chester Universitetinin Shrewsbury Universitet Mərkəzindən psixoloq və baş müəllim Megan Birney deyir ki, rəsmi bir şəxs nəyisə istəyərkən həmin istəyi, bizi arxasında yatan səbəbə inandırdıqları üçün yerinə yetiririk.

insanlarFotonun müəllifiGETTY IMAGES
Image captionTarix boyunca insanlar seçdikləri yolun nəticəsinə inandırıldıqları üçün həmin yolun əziyyətlərinə qatlanıb, tələb edilən əməlləri yerinə yetiriblər

Bir eksperimentində Birney və həmkarları, mənəvi cəhətdən mübahisəli bir şeyi etmələri istənilən iştirakçıların bir çoxunun sınaqdan necə keçmədiyini yoxlayıblar.

İştirakçılardan təqdim olunan şəkillərdəki insan qruplarına neqativ ifadələri yapışdırmaq tələb olunub. İlkin şəkillərdə Nasistlər və ya Ku Klux Klanı kimi asanlıqla nifrət oyadan təsvirlər təqdim edilib.

Tədricən şəkillərdə neytral qruplar və sonra azyaşlı uşaqlardan ibarət ailə və ya qruplar göstərilib.

Ziyansız qruplara bir-birinin ardınca neqativ ifadələr yapışdırmaq məcburiyyətinin məqsədi iştirakçıları emosional olaraq yormaq və narahatçılıq hissi yaratmaq idi.

Sınaq intensivləşdikcə çox sayda insan çıxırdı. Davam edənlər isə mühüm bir məqsədə xidmət etdiklərini - vacib elmi araşdırma - düşünüb dayanmırdılar.

"Sınağı yarıda dayandıranların bəziləri sonradan mənimlə əlaqə yaradıb üzr istədi," Birney deyir.

İştirakçılar Birney-ə "Məni üzrlü sayın, ümid edirəm ki, işinizi korlamadım, sadəcə olaraq özümü narahat hiss etdim, yəqin ki, başa düşürsünüz" kimi sözlər deyiblər.

Əksər hallarda isə işi tamamlamadığına görə güclü günah hissi yaşadıqlarını dilə gətiriblər.

münaqişəFotonun müəllifiGETTY IMAGES
Image captionMünaqişəli vəziyyətlərdə biz əksəriyyətin tutduğu mövqeyə meylli oluruq

"Çətin vəziyyətdə fərqli fikirlər sərgilənir. Biri sizə hə deyir, o biri yox. Özünüzü hansına daha yaxın hiss etsəniz, hansını doğru saysanız onu seçirsiniz," Birney söyləyir.

Vəziyyət, səbəbə inanan insanların hadisələrin inkişafına uyğun hərəkət etdikləri zaman təhlükəli forma alır.

Məntiqli olaraq qulluq etdiyin ideyanın yanlışlığını görmək gərəkdir. Amma biz qiymətli - sonluq da mənaya haqq qazandırır - bir iş gördüyümüzə o qədər inanırıq ki, qalan hər şey ya dumanlı görünür, ya da ümumiyyətlə görünmür.

muzeyFotonun müəllifiGETTY IMAGES
Image captionİnsanlar dəhşətli bir ideyaya qulluq etdiklərini heç də həmişə sezə bilmirlər

Əmrə etiraz etmək mərdlik və ya cəsarət, inam və ya inadkarlıq göstəricisi deyil.

Beyin məlumatı emal edir və onun rəhbərdən gələn ideyalara qarşı çıxmaq iqtidarında olan mühüm hissələri məlumatı beyində canlandırır. Və etiraz səsi ucaltmaq ehtiyacını yaradan əsas şey, səbəbi dərindən qavramaq qabiliyyətidir.

Rəsmilərə, müdirlərə, rəhbərlərə, siyasətçilərə qarşı etiraz qabiliyyətini inkişaf etdirmək bir az çətin görünə bilər.

Çətin vəziyyətlərdən yaxşı çıxmaq üçün arxalanacağımız bir proqram və ya təcrübə əsaslı təlim yoxdur. Caspar-ın "elmi arzusu" da belə bir təlim proqramı yaratmaqdır.

öküz, qız, heykəlFotonun müəllifiGETTY IMAGES
Image captionAraşdırmalar etiraz etmək qabiliyyəti formalaşdırmağın yollarını üzə çıxarır

"Məqsədim insanları müqavimət göstərməyə davamlı etməkdir," Caspar deyir.

"Əsgərlərin əmrə tabe məcburiyyəti olduğu hərbidə belə, onlar qeyri-qanuni və ya qeyri-insani əmrlərə qarşı çıxmağı bacarmalıdırlar. Məsələ insanları məsuliyyətə alışdırmaqdır. Əmrləri yerinə yetirən zaman əksər insanlar məsuliyyət daşımırlar.

"Bizim insanları belə vəziyyətlərdə məsuliyyətli olmağa alışdırmaq ehtiyacımız var."

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ