SON DƏQİQƏ

Jurnalist həkim qiyafəsində xəstəxanaları gəzdi - NƏLƏR ORTAYA ÇIXDI?

Tarix:6-08-2018, 11:21

Səhiyyə Nazirliyi prokurorluqdan jurnalistə qarşı cinayət işinin açılmasını tələb etdi, lakin...
Səudiyyə Ərəbistanında jurnalistin hərəkətləri Səhiyyə Nazirliyi ilə Kütləvi İnformasiya Vasitələri ilə İş üzrə Nazirlik arasında mübahisəyə səbəb olub. 
Bu haqda "ArabNews” portalı məlumat yayıb.
Jurnalist Əbdulaziz Əl-Hamdi Səudiyyə Ərəbistanının səhiyyə sistemində boşluqlarla bağlı özəl təhqiqat aparıb. O, məqaləsinin hazırlanması prosesində özünü həkim kimi təqdim edərək xəstəxanaları gəzib. Əl-Hamdi tibbi xalat geyinib, özü ilə stetoskop götürüb  və bir həkim qiyafəsində  xəstəxanalara nüfuz edib. Jurnalist fərq edilmədən səhiyyə müəssisələrinə daxil olaraq müalicə proseslərinə müdaxilə edib, hətta xəstələri müayinə etməyi bacarıb. Bununla Əl-Hamdi  Səudiyyə xəstəxanalarının təhlükəsiz və  səmərəsiz olduğunu sübit edib. 
Olay üzə çıxdıqdan sonra Səhiyyə Nazirliyi  prokurorluğa müraciət edərək xəstə və həkimləri aldatmış jurnalistə qarşı cinayət işi açılmasını  istəyib.  Lakin KİV-lə  İş üzrə Nazirlik Əl-Hamdini müdafiə edərək onun hərəkətlərinin jurnalist etikası baxımından  məqbul sayıb. Və  üstəlik bildirib ki, jurnalistin  hərəkətləri  dövlətə fayda edib -  onun araşdırması hesabına ölkənin səhiyyə sistemindəki problemlər ortaya çıxıb.
Əl-Hamdi onun arxasında duran  hər kəsə təşəkkürünü ifadə edib: "Mən Baş prokuror Səud əl-Mucibə, KİV naziri Avvad Əl-Avvada və   qəzet "Əl-Mədinə” qəzetinin  baş redaktoru Fəhd əl-Akrana təşəkkür edirəm”.

P.S. Azərbaycanda  belə bir iş olsa, jurnalistin başına  nə gələr?..


скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ