SON DƏQİQƏ

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “müəmmalı” təyinat - Şabranda işdən qovulan direktor yenidən daha böyük vəzifəyə gətirildi

Tarix:2-08-2018, 14:16

Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş verən son struktur dəyişikliklərini müşahidə edərkən, qəribə bir mənzərə yaranıb.

Bir müddət öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında olan məlumata əsasən, işində "prinsipiallıq” nümayiş etdirə bilmədiyinə görə işdən çıxarılan Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Bəybala Allahyarov yenidən daha böyük vəzifəyə "layiq görülüb”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “müəmmalı” təyinat - Şabranda işdən qovulan direktor yenidən daha böyük vəzifəyə gətirildi

Vəzifəsinin öhdəsindən gələ bilməmək ittihamı ilə işdən çıxarılan Bəybala Allahyarov bu dəfə Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru təyin edilib.

Maraqlıdır ki, bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə işdən azad olunan bu şəxsə bu dəfə daha artıq və daha böyük səlahiyyətlər verməklə geniş bir əraziyə nəzarət tapşırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatı sizə təqdim edirik:


скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ