SON DƏQİQƏ

Separatçı ərazilərdə həyatın qəribə normallığı

Tarix:13-01-2019, 00:59

Poçt ünvanları bizim bu dünyadakı evimizin yerini göstərən qeyddir. Ünvanlarda axırıncı sətir Əfqanıstandan tutmuş Zimbabveyədək ölkə adları üçün nəzərdə tutulub.

Lakin dünya boyunca bir neçə milyon insan üçün həmin o sonuncu sətir əsl problemdir. Beynəlxalq poçt xidməti Abxaziya, Dnestryanı və ya Şimali Kipr Türk Respublikası kimi yer adlarını tanımır.

Buralara göndərilən məktublar ünvanlarına başqa ölkələrin vasitəsilə çatır. Bu adda ərazilər sadəcə olaraq ölkələr siyahısında yoxdur.

Avropanın adını çəkdiyimiz bu üç ölkəciyi kimi bir neçə başqa əraziləri də əsasən müharibələr yaratsa da, onların nə dünya xəritələrində adı, nə də beynəlxalq təşkilatlarda üzvlüyü var.

Buna baxmayaraq onlar kifayət qədər sabit durumdadırlar və özlərini idarə edirlər. Həyat buralarda da davam edir. Vergilər toplanır, uşaqlar məktəbə gedir.

Soldiers travel by bus in Trans-DniesterFotonun müəllifiGETTY IMAGES
Image captionƏsgərləri daşıyan avtobus Dnestryanının paytaxtı Tirsapolun mərkəzindən keçir

Tayvan dünyanın mübahisəli ölkələri arasında ən böyüyüdür. Bu dövlət bütün niyyət və məqsədləri ilə 1949-cu ildən müstəqil olsa da, Çin buranı "bir gün özünə birləşdiriləcək" tərkib hissəsi kimi görür. Tayvanı 20-dək ölkə tanıyıb və o BMT üzvü deyil.

Digər tərəfdən özünü dövlət elan etmiş İslam Dövləti ekstremist təşkilatını da xatırlayırıq. Üç il ərzində mövcud olmuş bu "dövlət" Suriya və İraqın böyük ərazilərini birləşdirirdi və heç vaxt, heç bir dövlət tərəfindən tanınmamışdı.

Abxaziya, Dnestryanı, və Şimali Kipr isə bu mənada hardasa aralıq mövqedədirlər. Bu əraziləri yaratmış münaqişələrin heç biri həll olunmayıb.

Özünü müstəqil elan etmiş Abxaziya 1992-1993-ci illərdə Gürcüstanla separatçı müharibədən qalib çıxıb və 1999-cu ildə müstəqilliyini elan edib. Gürcüstanın bu ərazidə işğalçı saydığı Rusiya və bir neçə başqa ölkə Abxaziyanın müstəqilliyini tanıyıb.

Dnestryanı da Sovet İttifaqının çökərkən parçalanmasından yaranıb. O da qısa müharibədən sonra Moldovadan qopub.

Kipr türkləri ondan da əvvəl, hələ 1983-cü ildə müstəqilliklərini elan ediblər. 9 il davam edən münaqişə əsnasında Türkiyə adaya hərbi müdaxilə edib. İndi Kipr adası türk və yunan icmalarının yaşadığı iki hissəyə bölünüb. Onların arasında Yaşıl demarkasiya xətti var. İndiyədək aparılan təkrar birləşmə danışıqları hələlik uğursuz olub.

Rusiya və Abxaziyanın sərhədindəFotonun müəllifiGETTY IMAGES
Image captionRusiya və Abxaziyanın sərhədində

Bu ərazilərin öz hökumətləri var. Onları beynəlxalq birlik tanımasa da bu hökumətlər çökmür.

Bu isə onları "de fakto dövlət" adlandırmaq imkanı verir. Bu dövlətlər beynəlxalq sistemə daxil olmasalar da, öz ərazilərini idarə edirlər.

Ən mühümü budur ki, bu de fakto dövlətlərin hamısının qüdrətli hamiləri var. Abxaziya və Dnestryanı Rusiyanın, şimali Kipr isə Türkiyənin himayəsindədir.

Bu hamilər de fakto dövlətlərə maliyyə və hərbi dəstək verməklə onların ayaqda qalmasını təmin edirlər.

Lakin hətta Rusiya və Türkiyə öz dəstəklərini azaltsalar belə bu ərazilər bir anda əriyib getməyəcək.

Onlar zəifləsələr də, yerli kimliklərini və ayrı olmaq istəklərini yaşadacaqlar.

Şimali Kipr Türk Respublikasının bayrağıFotonun müəllifiGETTY IMAGES
Image captionŞimali Kipr Türk Respublikasının bayrağı

Beynəlxalq icma bu yerlər haqqında çox da tez-tez düşünmür və onların problemlərini qəribə bir asılılıq vəziyyətində saxlayır.

De fakto dövlətlərə adətən "mövcud olmayan yerlərin heyranları" maraq göstərirlər. Bu xüsusilə də Abxaziya və Dnestryanıya aiddir.

Rəsmi tanınmanın olmaması dövlət rəmzlərinin ifratlığına gətirib çıxarır.

Bu ərazilərdə lap Marks qardaşlarının "Ördək supu" filmindəkinə bənzər Freedoniya (Azadlıqstan) və yaxud Wes Anderson-un "Grand Budapest Hotel" filmindəki "Zubrovka Respublikasına" bənzər yarımdövlətlər yaradılıb.

Abxaziya bütün dünya boyunca filatelistlər üçün nəzərdə tutulmuş ekzotik poçt markaları buraxır.

Dnestryanı isə hələ də öz rəmzlərində sovet dövrünün simvolikasını, məsələn oraq-çəkici saxlayıb. Ərazi özünün milli valyutası olan Dnestryanı rubllarını çap edir. Bu pulları yalnız onun öz kiçik ərazisində işlətmək olar.

Dnestryanı müxtəlif formalı plastik sikkələr də buraxır. Belə sikkələri korlar daha asan tanıyırlar. Bu plastik sikkələrə eBay-də yaxşı pul verirlər.

Rəmzlər nə qədər unikal olsa da, bu əraziləri hələ də, "özbaşına ölkə" hesab edirlər.

Bu o demək deyildir ki, bu ərazilərin problemləri yoxdur. Xeyr, məsələn Kipr və Dnestryanıda insan qaçaqmalçılığı əsl bəlaya çevrilib.

Amma bu yerlərə səfər edənlərin əsas təəssüratı onların nə qədər sadə görünməsi olur.

Abxaziyanın Qara Dəniz sahilində bir qrup oğlanFotonun müəllifiGETTY IMAGES
Image captionAbxaziyanın Qara Dəniz sahilində bir qrup oğlan

Bu ərazilərin hamısında svetoforlar, yol polisləri, xəstəxanalar, yəni "normal" dövlətlərin bir sıra atributları var.

Burada da adamlar kafelərdə öz smartfonları ilə oturub Starbuck dəmli olmasa da, hər halda qəhvə içirlər.

Yaşadıqları ərazilərin beynəlxalq aləm tərəfindən tanınması perspektivi sıfır olsa, da buraların sakinləri də dünyanın qalan yerlərində olduğu kimi arzularla yaşayırlar.

Burada da bizneslər xarici ticarətə, tələbələr xaricdə oxumağa can atır.

Bu ərazilərin bir çoxu Avropa normalarına könüllü əməl edirlər. Onların heç birində ölüm cəzası tətbiq olunmur. Onlar kifayət qədər rəqabətli seçkilər keçirir.

Kişilər Şimali Kiprdəki Nikosiyada Okey oynayırlarFotonun müəllifiGETTY IMAGES
Image captionKişilər Şimali Kiprdəki Nikosiyada Okey oynayırlar

Lakin ərazi yalnız poçt markaları ilə mövcud ola bilməz. Əraziyə nəzarət edənlər vergilərin yığılması və məktəblərin işləməsini təmin etməlidirlər.

Bu ətraf dünyaya və gələcək vasitəçilərə bir növ təsir rıçaqı verir, lakin hazırda bu təsir olduqca məhduddur.

Bu ərazilərdə təhsil və səhiyyəyə dəstək verilməsi ilə yanaşı, məsələn qaçaqların ekstradisiyası kimi məsələlər də həll oluna bilər.

Bu artıq Dnestryanıda bir növ baş verib. Bu ərazi Moldovanın Avropa İttifaqı ilə azad ticarət sazişinə imza atıb.

Bu sazişə əsasən habelə Dnestryanı maşınları neytral görünən nömrə nişanları ilə Moldova ərazisindən Avropaya keçə bilir. Bu o deməkdir ki, Dnestryanıdakı əsas universitetin diplomalarına beynəlxalq status da verilə bilər.

İlk baxışdan bu ərazi Leninin heykəlləri, oraq-çəkic plakatları ilə keçmiş Sovet İttifaqını xatırlatsa da, istiqamət tamam başqadır.

Bir keçmiş rəsminin dediyi kimi: "Mənim başım Rusiyadadır, ayaqlarımsa Avropaya tərəf gedir".

Dnestryanıda gənc qadınlar dondurma köşkündəFotonun müəllifiGETTY IMAGES
Image captionDnestryanıda gənc qadınlar dondurma köşkündə

Bu mübahisələrin həll olunmasının hələ uzaqda olduğu bir vaxtda belə bir tədrici dəyişiklik hər halda irəliyə doğru hərəkətdir.

Əgər bu üç ərazi aid olduqları ölkələrə - Kipr, Gürcüstan, Moldovaya təkrar birləşməsələr, onların hökumətləri olmasa da, sakinləri qlobal icmanın bir hissəsinə çevrilə bilərlər.

Bu halda tanınmadan belə bu de fakto dövlətlər daha sabit ola, qonşuları ilə daha yaxşı yola gedə bilərlər.

Uzun perspektivdə isə bu de fakto dövlətləri yaratmış dərin münaqişələri də həll etmək də bir qədər asanlaşar.

Hələliksə səbr edək. Bu de fakto dövlətlər hələ bir müddət yanımızda olacaq.

Duncan Walker tərəfindən redaktə edilib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ