SON DƏQİQƏ

Bu ölkənin adı da, bayrağı da, milli ideyası da Rəsulzadə düşüncələrinin məhsuludur!

Tarix:26-07-2018, 13:42

Bir daha yazıram: Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Cümhuriyyətinin banisi, ilk Cümhurbaşqanı və Azərbaycan mühacirətinin şəksiz lideridir! Bütün dünya tarixçiliyi, əsasən Rəsulzadənin Azərbaycan xalqının tarixində yerini və rolunu bu cür qələmə almışdır. Çox yazıqlar olsun ki, Rəsulzadənin qurucusu Azərbaycan Respublikasında bəziləri mümkün olduğu qədər, onun tariximizdəki yerini və rolunu müxtəlif səbəblərdən kiçiltməyə çalışırlar. Bu yolu tutanlar anlamırlar ki, Rəsulzadənin tariximizdəki yerini və rolunu kiçiltmək, eyni zamanda Azərbaycanın mənafeyinə və milli maraqlarına zərbədir. Çünki Rəsulzadə bu dövləti qurarkən və ona Azərbaycan adını verərkən Azərbaycan xalqının gələcəyi üçün çalışmış, onun bir gün bütövləşəcəyinin yolunu cızmışdır. Belə olduğu təqdirdə, Rəsulzadənin tariximizdəki yerini və rolunu kiçiltmək, eyni zamanda Azərbaycanın gələcəyini kiçiltmək deməkdir. Demək istəyirəm ki, Rəsulzadənin adı Azərbaycan Respublikası adının simvoludur. Başqa sözlə, Rəsulzadə Azərbaycan Cümhuriyyətinin özüdür, simvoludur, atributudur. Bu dövlətin adı da, bayrağı da, milli ideyası da Rəsulzadə düşüncələrinin məhsuludur.
Ona görə də, Rəsulzadə dəyərinə hansısa partiya, qrup və şəxsi maraqlar baxımından yanaşma kökündən yanlışdır. Rəsulzadə 50 milyonluq türk qeyri türk bütün azərbaycanlıların ortaq dəyəridir.!

Faiq Ələkbərli,
Bütöv Azərbaycan ocaqları başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini, 
dosent, fəlsəfə doktoru 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ