SON DƏQİQƏ

"Televiziya kanallarına nəzarət itdiyindən kim nə istəyir, nə cür istəyir, danışır"

Tarix:26-07-2018, 13:41

"Bu adamların çoxunun heç tarixi günlərimizdən xəbərləri yoxdur”
Vətənpərvərlik mahnılarının ifaçısı, Xalq artisti Mübariz Tağıyev  açıqlamasında efirlərimizdəki bayağılığa münasibət bildirərkən hər şeyin nəzarətdən çıxdığından gileylənib:

"Əlbəttə ki, efirlərimizdəki bu məsələrə münasibətim pisdir. Mənə elə gəlir ki, televiziya kanallarına nəzarət itib. Kim nə istəyir, nə cür istəyir danışır. Azərbaycan dilinin tələffüzü dəyişib və tam ayrı istiqamətə gedib. Bir var bazar danışığı və bir də var efir danışığı. Bu adamların çoxunun heç tarixi günlərimizdən xəbərləri yoxdur. Ona görə də torpaqların işğal günündə də belə çal-çağır təşkil edirlər. SSRİ vaxtı tarixi günlər haqqında lüğət var idi və ora baxılıb proqram qurulurdu. İndi bu məsələ ortada yoxdu”. 


M.Tağıyev tez-tez dəvət aldığı televiziya verilişlərdə iştirak etməkdən imtina etdiyini də deyib:

"Efirə dəvətlər olur və sözün düzü, çoxundan imtina edirəm. İnanın ki, mənlik deyil də bu verilişlər. Heç bu məsələlərə münasibət bildirmək də mənlik deyil. Bunu həll edən insanlar var və onlar bu barədə düşünməlidir. Ziyalıların da dedikləri bu gün deyilir, sabah  yaddan çıxır”. 
 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ