SON DƏQİQƏ

«Pomidor və qızıl»

Tarix:1-06-2018, 11:26

Marja saytında «Pomidor qızıldan da çox valyuta gətirib» sərlövhəli yazı yer alır.

Yazıda xəbər verilir ki, 2018-ci ilin aprel ayında qeyri-neft sektoru üzrə ixracda pomidor ilk yerlərdən birini tutub.

Müəllif İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin «İxrac İcmalı»nın 2018-ci ilin may sayına istinadən vurğulayır ki, aprel ayında 18.5 milyon ABŞ dolları dəyərində pomidor ixrac olunub.

«2018-ci ilin yanvar-aprel ayları ərzində isə Azərbaycandan 42.5 milyon dollar dəyərində pomidor ixrac olunub. Qeyd edək ki, 2017-ci ilin ilk 4 ayı ərzində Azərbaycandan 33.8 milyon ABŞ dolları həcmində pomidor ixrac olunmuşdu», - yazıda vurğulanır.

Müəllif bildirir ki, bu, 26 faiz artım deməkdir: «İlk 4 ay üzrə, pomidor elektrik enerjisindən sonra ən çox ixrac olunmuş qeyri-neft sektoru məhsuludur. Yanvar-aprel aylarında 47.3 milyon dollarlıq elektrik enerjisi, 34.3 milyon dollarlıq qızıl ixrac olunub».

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ