SON DƏQİQƏ

Neçə il yaşayacaqsınız? Kalkulyatorumuz cavabı bilir

Tarix:30-05-2018, 21:54

Dünyanın 195 ölkəsində qadınlar kişilərdən daha uzun ömür sürür, misal üçün, Rusiyada qadınlar orta hesabla kişilərdən 11 il çox yaşayır.

Efiopiyalıların ömür uzunluğu 1990-cı il ilə müqayisədə 19 yaş artıb, ömür uzunluğu göstəricisinə görə lider ölkələrlə sıralamanın son cərgələrini tutan ölkələr arasında fərq 34 il təşkil edir.

Bu nəticələr BBC-nin ömür uzunluğu kalkulyatoru vasitəsilə müəyyən edilib.

Siz də aşağıdakı kalkulyatorumuzdan istifadə edə bilərsiniz. Kalkulyator yaş, ölkə və genderiniz əsasında hesablanan ömür uzunluğunu sizə göstərəcək. Kalkulyator həmçinin həyatınızın sağlam yaşayacağınız hissəsini də hesablayacaq.

Azərbaycanda və ya dünyanın hazırda yaşadığınız yerində insanları ömrü neçə yaşa qədərdir? Bizim kalkuyatorla hesablayın.

Burada istifadə edilən kalkulyator 2016-cı il üçün olan ən son məlumat bazasına əsaslanır. Ömür uzunluğu yaş, cinsiyyət və ölkədən asılı olaraq insanın orta hesabla neçə il yaşayacağını göstərən rəqəmdir.

"Qalan ömrünüzün nə qədərini sağlam yaşayacaqsınız?" göstəricisi şəxsin orta hesabla sağlam yaşayacağı illərin sayı əsasında hesablanıb. Bu göstərici qalan ömür uzunluğunun faizi şəklində göstərilib. Hesablamalar şəxsin ömür uzunluğu müddətində ölüm və xəstəlik əmsallarının dəyişməməsi şərtilə edilib.

1. Ömrümüz uzanmaqdadır

Qlobal ömür uzunluğu 1990-cı ildən bəri 7 ildən çox artıb. Bu, o deməkdir ki, ötən müddət ərzində ömür uzunluğu hər 3,5 ildən bəri təxminən 1 il artıb.

Qlobal ömür uzunluğunun artmasına səbəb olan əsas amillər inkişaf etmiş ölkələrdə ürək xəstəliklərindən ölənlərin sayının və yoxsul ölkələrdə uşaq ölümlərinin sayının azalmasıdır.

Digər maraqlı nəticələr: İnsan ömrünün xəstıliksiz keçən hissəsi orta hesabla 6,3 il artıb, digər tərəfdən isə, ömür uzunluğunun artım tempinin sürətinin qlobal miqyasda zəifləməsi qeydə alınıb.

2. Qərbi Avropa öndə gedir

Ömür uzunluğu reytinqində ən yuxarı yeri tutan ilk 20 ölkədən 14-ü Avropa ölkəsidir. Lakin Şərqi Asiyanın iki ölkəsi - Yaponiya və Sinqapur - həmin siyahının liderləri kimi müvafiq olaraq, 1-ci və 2-ci yerləri tuturlar. Bu gün Yaponiyada və Sinqapurda doğulanların orta hesabla 84 il yaşayacaqları gözlənilir.

İngiltərə 81 illik orta ömür uzunluğu göstəricisilə bu siyahının ilk 20 ölkəsi arasındadır. 80 illik ömür uzunluğu göstəricisi ilə Şimali İrlandiya və Uels müvafiq olaraq 32-ci və 34-cü yerdədirlər.

198 ölkə arasında 42-ci yeri tutan Şotlandiyada ömür uzunluğu 79 yaşdır.

3. Afrika ölkələri siyahının aşağısında

Siyahının dibində yer tutan 20 ölkədən ikisi istisna olmaqla qalanı Afrikanı təmsil edir.

2016-cı ildə Lesoto və Mərkəzi Afrika Respublikasında doğulanların ömür uzunluğunun yalnız 50 il olacağı gözlənilir, bu isə Yaponiyadakı eyni göstəricidən 34 il azdır.

On illərlə davam edən müharibələr, quraqlıq və hərc-mərclik nəticəsində Əfqanıstan Asiya ölkələri arasında ömür uzunluğu cəmi 58 il olan yeganə ölkədir.

4. Qadınlar kişilərdən orta hesabla daha çox yaşayır

Dünyanın 198 ölkəsindən 195-də qadınlar kişilərdən daha çox yaşayır, qlobal miqyasda qadınlarla kişilərin ömür uzunluğu fərqi orta hesabla 6 ilə bərabərdir.

Bəzi ölkələrdə bu fərq 11 ilə çatır.

Bu göstəricinin Şərqi Avropa ölkələrində və Rusiyada böyük olması ağır iş şəraiti və alkoqolizmlə izahat olunur.

Konqo Respublikasında, Küveyt və Mavritaniyada kişilər orta hesabla qadınlardan daha çox yaşayır.

Life expectancy calculator promo

5. Efiopiyada ömür uzunıluğu 19 il artıb

1990-cu ildən bəri ölkələrin 96 faizində ömür uzunluğu artıb.

1990-da 11 ölkədə doğulunların 50 yaşa çatacağı az ehtimallı sayılırdısa, 2016-cı ildə artıq bütün ölkələrdə ömür uzunluğu göstəricisi bu həddən aşağı deyil.

10 ən böyük göstərici artımı Afrikanın mərkəzi və cənub hissələrində yerləşən ölkələrdə baş verib.

1990-cu ildə Efiopiyada ömür uzuluğu cəmi 47 yaş olub, 2016-cı ildə isə bu göstərici 19 il artıb.

6. Ömür uzunluğu 8 ölkədə azalıb

Ömür uzunluğu azalan 8 ölkədən 4-ü Afrikanın yuxarıda qeyd olunmuş hissəsində yerləşir.

Ən böyük azalma Lesotoda qeydə alınıb, bu ölkədə BMT statistikasına əsasən, hər 4 nəfərdən birində İİV aşkar olunub. Bu, dünyada ikinci ən böyük göstəricidir.

Cənubi Afrikada 2016-cı ildə doğulan uşaqların ömür uzunluğu 62 il olacağı gözlənilir - bu, 25 il bundan əvvəlki göstəricidən 2 il azdır. Ötən müddət ərzində ölkədə geniş yayılmış İİV epidemiyasına qarşı mübarizə kampaniyaları aparılıb.

7. Qonşular arasındakı fərq

Ömür uzunluğu təəccüblü şəkildə bəzən qonşu ölkədən ölkəyə kəskin dəyişir, bəzən bu fərq az qala 20 il təşkil edə bilər.

Misal üçün, qonşu ölkələr olan Çin ilə Əfqanıstan arasında ömür uzunluğu fərqi 18 il təşkil edır.

Ölkə daxilində terrorçuluq və vətəndaş qarşıdurmasından əziyyət çəkən Malidə ömür uzunluğu 62 il təşkil etdiyi halda, qonşi Əlcəzairdə eyni göstərici 77 ildir.

8. Müharibələrin təsiri

2010-cu ildə Suriya ömür uzunluğuna görə 198 ölkə arasında 65-ci yeri tuturdu. Lakin illərlə davam edən dağıdıcı müharibə nəticəsində 2016-cı ildə Suriya ömür uzunluğuna görə 142-ci yerə enib.

1994-cü ildə, Ruandada soyqırım baş verən dövrdə, bu ölkədə doğulanların ömür uzunluğu 11 il həddində pronozlaşdırılırdı.

9. Aclıq və təbii fəlakətlərin təsiri

Şimali Koreyada əhali 1994-1998 illərdə dəhşətli aclıq dövrü yaşayıb. Nəticədə, bu ölkədə ömür uzunluğu göstəricisi 2000-ci illərin əvvəlində bir neçə il aşağı düşüb.

2010-cu ildə Haitidə baş vermiş güclu zəlzələdə təxminən 200,000 insan həlak olub. Buna baxmayaraq bu ölkədə ömür uzunluğu həmin fəlakətli hadisədən 1 il sonra yenidən əvvəlki səviyyəsində bərpa olundu.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ