SON DƏQİQƏ

Rusiya özünü “BATIRIR” – Gözlənilməz ZƏRBƏ

Tarix:29-05-2018, 19:54

Sanksiyalar dünya silah bazarının Amerika cəbhəsində Rusiyanı pis vəziyyətdə qoya bilər. Onun yerini isə indidən Çin almağa başlayıb.

Braziliya, Argentina və Çili Rusiyadan silah almaqdan imtina edib.  

 

onlar da artıq silah alışı üçün Çinə müraciət edirlər.

 

2013-cü ildə Rusiya Braziliya, Argentina və Çiliyə 928 milyon dollar həcmində silah ixrac edib. 2017-ci ildə isə bu məbləğ artıq sıfıra yaxınlaşıb.

 

Argentina, Braziliya və Çili hələ XIX əsrdə dünyanın ən yaxşı inkişaf etmiş heyvandarlıq, mədənçilik və toxuculuq sənayesinə malik ölkələrdən sayılırdı. Və təbii ki güclü iqtisadiyyat güclü orduya təkan verir. Bu səbəbdən Cənubi Amerika regionunda üstünlüyü ələ almaq üçün bu üç nəhəng külli miqdarda silah almağa başladı. Yapon-Çin müharibəsi ərəfəsində həmin ölkələrin dəniz donanması nə Yaponiyanın nə də Çinin dəniz donanmasından geri qalırdı.

 

Həmçinin XX əsrdə Britaniya və Argentina arasında ingilislərin "Foklend”, argentiniyalıların isə "Malvinsk” adaları adlandırdıqları adalarda müharibə də Argentinanın qüdrətinin az olmadığını göstərə bilər.

 

Bu müharibədə Argentina daha çox canlı qüvvə itirsə də texnoloji cəhətdən üstünlüyə malik Britaniyaya ağır zərbə endirməyi bacardı. Beləliklə əvvəl üstünlüyü ələ alan Argentinanın itkiləri 649 ölü, 11 000 əsir, 100 ədəd ikinci dərəcəli təyyarə və helikopter, bir kreyser, bir sualtı gəmi, 4 ədəd daşıyıcı gəmi təşkil edirdi. Britaniya isə öz növbəsində silahlanmada böyük üstünlüyə malik olsa da müharibəni sonda 258 ölü, 2 freqat, 2 dağıdıcı gəmi, 1 desant gəmisi, 1 konteyner daşıyıcısı, 24 helikopter və 10 təyyarə itkisi ilə qələbə qazandı.

İkinci Dünya Müharibəsi ərəfəsində bu dövlətlərin gəlirləri xeyli aşağı düşərək "orta gəlirli” dövlətlər sırasına düşdü. Hazırda isə onlar dünya silah ticarətində (silah alışı) tutarlı yerlərə malikdirlər.

Bu ölkələrin ucuz və etibarlı rus silahlarından imtinalarının əsas səbəbələrindən biri də həmin ölkələrdə bir-birinin ardınca sağ partiyaların hakimiyyətə gəlməsidir.  

 

Bundan əlavə Rusiya istehsalı olan silahların bəzi komponentləri Qərb istehsalı olan məhsullarla kompensasiya olunur. Buna misal olaraq göstərmək olar ki, yeni T-90S tanklarının əsas televizor monitoru Fransada istehsal olunur.

 

Bu problem Rusiyanı gələcəkdə sanksiyalara məruz qalacağı təqdirdə bu silahlara yeni tenderlər keçirməyə məcbur edəcək. Bu da onu həmin bazarlarda pis vəziyyətdə qoyur.

 

Burada eyni zamanda Rusiyadakı iqtisadi vəziyyətin yaxşı olmaması və nəticədə investisiyaların az cəlb olunması problemi də bu məsələyə ciddi təsir edir.

Onu qeyd etmək lazımdır ki, əvvəlki illərlə müqayisədə Rusiyada bu il silah və avadanlıq idxalı aşağı düşüb. Misal üçün Rusiyanın tarixi və yaxın müştərisi olan Venesuela yeni desant gəmiləri əldə etmək niyyətində olduğunu ifadə edəndə Rusiyanın nəhəng silah istehsalatı bu məsələdə Qərb rəqiblərinə tay belə ola bilmədi. Buna görə də Rusiya Venesuelanın Çindən bu VN-18 texnikasını əldə etməsinə seyrçi olmağa məcbur qaldı.

 

Hazırda üçüncü dünya ölkələrinin əksəriyyəti iqtisadi fonda silahlanma xərclərini aşağı salaraq, döyüşçülərin döyüş qabiliyyətini qaldırmağa üstünlük verirlər. Zəngin ölkələrdə də bu tendensiya üstünlük təşkil etməyə başlayıb. Buna görə, ilk növbədə zəif texniki avadanlıq və Qərb standartlarına nail ola bilməmək problemi Rusiya silahlarının dünya bazarında payını azaldır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ