SON DƏQİQƏ

Bağırov qardaşlarının arxasındakı mübhəm məmurun adı üzə çıxdı

Tarix:3-01-2019, 11:35

Bakının "Sovetski” kimi tanınan məhəlləsində 2014-cü ildən etibarən başlanan köçürmə işlərinin artıq ikinci mərhələsi sona çatmaq üzrədir. Perspektivdə digər ərazilərdə söküntü, yenidənqurma işləri var. Odur ki, "Sovetski”də pul qazanmaq, yüksək mənsəb sahibi olmaq istəyənlər də hərəkətə keçib. Çoxgedişli oyunlar başlayıb. Məqsəd pul qazanmaq, vəzifə yüksəlişidir. Cumhuriyyet.net yazır ki, ona görə də söküntü komissiyasında həlledici qərarların verilməsində böyük rolu olan Maliyyə Nazirliyinin müvafiq qurumlarında "böyük oyunlar” başlayıb.

Bu oyunları başladan şəxs kimi Maliyyə Nazirliyinin rəsmisi İlham Abdullavevin adı keçir. Bildirilir ki, İlham Abdullayev Nazirliyin Maliyyə Nəzarəti Xidmətinin rəisi postuna təyinat almaq üçün sinov gedir. Bu yolda hər vasitəyə əl atmaqdan da çəkinmir. Hazırki rəisi Cavanşir Yusifovun arxasında gizli iş aparmaqla onu gözdən salmağa hesablanan hərəkətlərə də rəvac verir. Bu işdə onun əsas dəstəkçiləri də İlham və Zahid Bağırov qardaşlarıdır. "Sovetski”də bu qardaşlar vətəndaşlar arasında narazılıq yaradırlar. Çətinə düşən kimi dərhal bütün günahın Cavanşir Yusifovda olduğunu deyirlər. Məqsəd Cavanşir Yusifovdan narazıların sayını artırmaq, onu işinin öhdəsindən gəlməyən biri kimi ad çıxarmasına nail olmaqdır. İlham Abdullayevlə gizli görüşən qardaşlar hər gün bu məqsədlə təlimatlandırılırlar. Hazırda "Azər exspert” MMC-nin direktoru olan İlham Bağırova adaşı öz vəzifəsinə təyinat alacağı vədini verib. O da, "Sovetski”də bilərəkdən "çp”lərə yol verir və hər dəfə də bütün neqativ fəaliyyətin baiskarı kimi Cavanşir Yusifovun adını hallandırılmasına yol açır. Belə çoxgedişli kombinasiya üzərindən vəzifəyə gəlmək üçün hazırda geniş iş aparılır.

Qeyd edək ki, "Sovetski” ərazisindən köçürmənin birinci mərhələsi 2017-ci ilin avqustunda başa çatıb. Bu prosesdə 4 min 300 ailə ərazidən çıxarılıb. Bəzi ailələr verilən kompensasiyanın məbləğinə etiraz edərək dirəniş göstəriblər. Həmin ərazidə hər kvadrat metrə görə sakinlərə 1500 manat ödəniləcəyi də dəfələrlə hakimiyyət nümayəndələri tərəfindən bəyan olunub. Ötən il boşaldılan 26 hektarlıq park və yaşıllıq salınması nəzərdə tutulur.

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ