SON DƏQİQƏ

“Sovetski” sökülür, Bağırov qardaşları Maliyyə Nazirliyini hədəfə çıxarır - ŞOK TƏFƏRRÜAT

Tarix:30-12-2018, 02:01

Bakının "Sovetski” məhləsində söküntü prosesi haqda mətbuatda çox yazılıb. Son günlər bu mövzu bir daha aktuallaşıb, gündəmin əsas müzakirə mövzusuna çevirilib. Məsələnin mahiyyəti budur ki, iş icraçıları onlara olan etibardan sui-istifadə edir, dövlətin mühüm layihəsinə əməlləri ilə kölgə salırlar. Belə aydın olur ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov iş icraçıları İlham və Zahid Bağırov qardaşlarına etibar edib. Bu adamlar da "Sovetski”də hoqqa çıxarmaqla özlərinə daha çox qazanc imkanlarını genişləndirməklə məşğul olurlar. Onlar qazanır, neqativ fəaliyyətləri isə Cavanşir Yusifovun "ayağına” yazılır. Maliyyə Nazirliyi sisteminə bələd olan mənbələrimiz bildirirlər ki, Yusifovun işlədiyi illər ərzində öz vəzifəsinə məsuliyyətlə, nizam-intizamla yanaşıb. “Sovetski” sökülür, Bağırov qardaşları Maliyyə Nazirliyini hədəfə çıxarır  - ŞOK TƏFƏRRÜATDövlət siyasətinə sadiq və vətəndaşlara hörmət, ehtiram göstərməsi ilə ad çıxarıb. Onun bu fəasliyyəti diqqətdən kənar qalmayıb,  2017-ci ilin iyununda dövlət qulluğunda fərqlənən ən etibarlı məmurlar sırasında onun da adı olub. Artıq bir neçə ildir ki, Bakının Sovetski adlanan ərazisində aparılan yenidənqurma işləri ilə əlaqədar söküntü Cavanşir Yusifovun nəzarəti ilə həyata keçirilir. https://www.youtube.com/watch?v=w7zoagARgdI&feature=youtu.be

 “Sovetski” sökülür, Bağırov qardaşları Maliyyə Nazirliyini hədəfə çıxarır  - ŞOK TƏFƏRRÜAT
“Sovetski” sökülür, Bağırov qardaşları Maliyyə Nazirliyini hədəfə çıxarır  - ŞOK TƏFƏRRÜAT

Həmin prosesin icrası zamanı sakinlərin bütün problemləri Cavanşir Yusifovun obyektiv və real yanaşması ilə aradan qaldırılıb. Əgər vətəndaş "Yasamal Rayon İcra Hakimiyyətində təşkil olunmuş Komissiya”da öz problemini Cavanşir Yusifova bildiribsə, necə olur-olsun vətəndaşın məsələsi obyektiv surətdə həllini tapıb. İndi isə  Cavanşir Yusifovun uzun illər ərzində qazandığı etibar və etimada kölgə salan 2 qardaş peyda olub. “Sovetski” sökülür, Bağırov qardaşları Maliyyə Nazirliyini hədəfə çıxarır  - ŞOK TƏFƏRRÜATBu adamlar  sakinləri, onlara iş tapşıran Cavanşir Yusifovu faktiki olaraq aldadırlar. Vətəndaşları süründürməklə, onların Cavanşir Yusifovun Komissiyada qəbuluna mane olur və vətəndaşları bilərəkdən Cavanşir Yusifova qarşı yönəltməklə, baş verənləri onun adına çıxarmaqla fəaliyyəti üzərindən xətt çəkirlər, karyerasına mənfi ştrixlər əlavə edirlər.

Bu da öz növbəsində insanların haqlı narazılıqlarına əsas vermişdir. Belə ki, "Sovetski”sakini Aydın Rzayev bu günlərdə ölkənin aparacı KİV-inə müraciət ünvanlayıb. Videomüraciətində http://webcache.googleusercontent.com/search?q=cache:SW0x8ShYvPIJ:musavat.com/news/sovetski-de-bagirov-qardaslarinin-sokuntu-keleyi_580919.html+&cd=1&hl=ru&ct=clnk&gl=az

mülkiyyət hüquqlarının pozulması ilə bağlı haqlı şikayətindən də göründüyü kimi "Yasamal Rayon İcra Hakimiyyətində təşkil olunmuş Komissiya”nın yeləşdiyi Bakı şəhəri, İnşaatçılar prospekti 28 B ünvanına göndərilmiş ərizə bilərəkdən qəbul etməkdən imtina olunub. Hansı səbəbdən İlham Bağırovun rəhbərlik etdiyi təşkilatın sonuncu təşkilata aid olan ərizəni qəbul belə etməkdən imtinası vətəndaşın mülkiyyətinə hörmətlə yanaşılmaması, şikayətçinin evinə hansı səbəbdən İlham Bağırovun gəlməsi, hansı səbəbdən öz mobil nömrəsini verməsi təbiidir ki, negativ halların baş verdiyini bir daha təsdiq edir.

Bəlli məsələdir ki, şikayətçi vətəndaş Aydın Rzayevin dövlət tərəfindən qorunan mülkiyyət hüquqları çox ciddi şəkildə pozulub. Azərbaycan Konstitusiyasının mülkiyyət hüququ Bağırov qardaşlarının ayaqları altında tapdanmaqdadır! Məsələnin hansı şəkildə araşdırılacağı da diqqət mərkəzindədir. Vətəndaş Aydın Rzayev inanır ki, gec-tez onun mülkiyyət hüququ bərpa olunacaq, öz hərəkətləri ilə onlara olan etibarı tamahlarına qurban vermiş Bağırov qardaşları cəzalarını alacaqlar.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ