SON DƏQİQƏ

Qarabağ hərbiyyə rəhbərini niyə dəyişdilər?

Tarix:15-12-2018, 22:37

Tanınmamış Dağlıq Qarabağ respublikasının lideri Bako Sahakyanın fərmanı ilə cümə günü tanınmamış respublika "müdafiə naziri, müdafiə ordusunun komandanı" Levon Mnatsakanyan vəzifədən azad edilib və "fövqəladə hallar xidmətinin" direktoru təyin edilib.

Onun vəzifəsinə müvafiq fərmanla "birinci müavini, qərargah rəisi general-mayor Karen Abrahamyan təyin olunub", -Ermənistan KİV-ləri bildirir.

Bako Sahakyanın başqa sərəncamları ilə hərbi rəhbərlikdə bir sıra başqa dəyişikliklə də edilib.

Rəsmi məlumatlarda təxminən üç il yarım bundan əvvəl Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi, general-leytenant Levon Mnatsakanyanın "Dağlıq Qarabağ müdafiə naziri" vəzifəsindən öz ərizəsinə əsasən çıxarıldığı bildirilir. Halbuki bundan bir gün əvvəl Mnatsakanyan işdən azad ediləcəyinə dair dolaşan şayiələrlə bağlı jurnalistlərə, bu barədə xəbəri olmadığını bildirmişdi.

Lakin təhlilçilərin diqqətindən Ermənistan parlament seçkilərinin təşviqat kampaniyası əsnasında Nikol Paşinyanın Qarabağ rəhbərliyinin ünvanına sərt ifadələr işlətdiyi yayınmamışdır.

Bundan başqa, Bako Sahakyanın fərmanı Yerevanda bir gün bundan əvvəl Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşündən sonra çıxıb.

"Yerinizi bilin, həddinizi aşmayın..."

Rəhbərlik etdiyi "Mənim addımım" blokun növbədənkənar parlament seçkiləri təşviqat kampaniyası çərçivəsində noyabrın 29-da çıxış edən Nikol Paşinyan, öz ünvanına tənqidi bəyanatlarla bağlı, Dağlıq Qarabağ rəhbərliyindən izahat tələb edəcəyini bəyan etmiş, Bako Sahakyanı isə "öz hökumət nümayəndələrini nizam-intizama dəvət etməyə" çağırıb.

"Doğrusu, mən Dağlıq Qarabağ Respublikası hakimiyyət nümayəndələrinin bu canlanmasından baş çıxarda bilmirəm. Nə oldu birdən-birə, bunlar fəallaşdı, cürbəcür şərhlər edir, Ermənistan parlament seçkiləri kampaniyasında öz iştiraklarını göstərmək istəyirlər? - Paşinyan narazılığını bildirib. - Deməliyəm ki, bununla bağlı mənim çoxlu sualım var, və mən bunu mütləq Bako Sahakyanla müzakirə edəcəyəm".

"Ona kimi isə, cənab Sahakyanı öz hökumət nümayəndələrini nizam-intizama dəvət etməyə və öz işləri ilə məşğul olmağa göndərməyə çağırıram", - Paşinyan deyib.

Paşinyan Bako Sahakyanın mətbuat katibi David Babayanın "günaşırı çıxış edib", Paşinyanın dediklərini şərh etdiyindən hiddətlənib.

"Siz təsəvvür edirsiniz, mənim mətbuat katibim Qarabağda məlum və məlum olmayan hadisələrlə bağlı şərh etməyə başlasa, nə olar? Bir daha deyirəm, özünüzü yığışdırın, işinizlə məşğul olun", - Nikol Paşinyan deyib.Mübahisənin səbəbi nədir?

Mübahisə "qələbələrin" , necə deyərlər, təsnif edilməsindən başlayıb: Erməni xalqı üçün hansı qələbə daha önəmli, daha vacib, daha dəyərlidir?

Sasun MikaelyanFotonun müəllifiPANORAMA.AM
Image captionSasun Mikaelyanın (ön planda) "məxməri inqilab"la Qarabağ müharibəsinin nəticələrini müqayisə etməsi narazılığa səbəb olub

Noyabrın 26-da Talin yaşayış məntəqəsində təbliğat mitinqində Nikol Paşinyandan sonra çıxış edən, "Mənim addımım" blokun namizədi, Qarabağ müharibəsi veteranı Sasun Mikaelyan öz nitqində bu ilin aprel-may ayında baş verən "məxməri inqilabın" əhəmiyyətindən danışıb.

Onun çıxışından belə təsəvvür yaranıb ki, "inqilabın qələbəsi"ni "Qarabağda azadlıq müharibəsində qələbədən" daha əhəmiyyətli hesab edir.

Bundan sonra Sasun Mikaelyanın və eləcə də Nikol Paşinyanın ünvanına sosial şəbəkələrdə və ictimai dairələrdə tənqid dalğası qalxdı.

Xüsusilə Dağlıq Qarabağda bu bəyanatı müharibə veteranı, qəhrəmanları və hətta rəsmiləri və millət vəkilləri tərəfindən pisləndi.

Bu səslərə keçmiş hakim dairələrə yaxın qüvvələr də qatıldı və Ermənistanın faktiki ölkə başçısı vəzifəsini icra edən Nikol Paşinyanı Qarabağı "satmaq niyyətinə" görə günahlandırmağa başladılar.

"Sasunu düzgün başa düşməyiblər"

Paşinyan "bəzilərinin Sasun Mikaelyanın bəyanatı ilə bağlı canlanmasını "başa düşmədiyini deyib və silahdaşının "fikrini düzgün ifadə" edə bilmədiyi üçün üzr istəyib.

Onun sözlərinə görə, Mikaelyan "demək istəyib ki, aprel inqilabı məhz Qarabağ hərəkatının nailiyyətləri kontekstində vacibdir".

"Mən bəzi insanların, illərlə ordunun talanmasını müşahidə və talanmada iştirak edənlərə təəccüblənirəm. Bu gün onlar fikrin səhv ifadə edilməsindən siyasi xallar əldə etmək istəyirlər", - Facebook vasitəsilə efirdə Nikol Paşinyan deyib və özünün "baş ali komandan kimi, qarətçiləri tarixin zibilxanasına göndərməyə qadir" olduğunda şübhə etməməyə çağırıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ