SON DƏQİQƏ

Qlobal müharibənin AYAQ SƏSLƏRİ, yumşaq strategiyaya SON... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Tarix:13-04-2018, 00:52

Azərbaycanda keçirilmiş prezident seçkilərində səsvermənin yekun nəticələri açıqlanıb. Suriya ətrafında vəziyyət hər keçən gün gərginləşir. Türkiyə ilə NATO ABŞ və onun müttəfiqlərinin Suriyada keçirməyi planlaşdırdığı əməliyyatda İncirlik bazasından istifadəni müzakirə edəcək. Rusiya və Türkiyə liderləri arasında telefon danışığı olub. Suriya ordusu Şərqi Qutada nəzarəti tam ələ keçirib. ABŞ Rusiya barəsində yumşaq siyasətin bitdiyini açıqlayıb. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı Solsberidəki zəhərlənmə hadisəsi ilə bağlı hazırladığı hesabatını açıqlayıb. Ukrayna MDB-dən çıxmaq qərarına gəlib.

Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərində səsvermənin yekun nəticələri açıqlanıb.Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 11 aprel prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə bildirib ki, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,3 faizini toplayıb.

 

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti olub. Liderlər Suriya böhranını müzakirə ediblər.

Suriya ətrafında vəziyyət hər keçən gün gərginləşir. ABŞ prezidenti Donald Trampın müharibə elanından sonra Virciniya ştatındakı Narfolk dəniz bazasını tərk edən döyüş gəmiləri Aralıq dənizinə doğru hərəkət etməyə başlayıb.

ABŞ-ın Aralıq dənizinə göndərdiyi hərbi donanma qrupuna "USS Harry Truman” və digər döyüş gəmiləri daxildir.

 


 

ABŞ prezidenti Donald TrampSuriyaya hücumla bağlı yeni açıqlama yayıb. Tramp özünün Tvitter səhifəsində hava hücumunun vaxtının hələlik müəyyənləşmədiyini yazıb: "Suriyanı dərhal vura da bilərik, heç vurmaya da. Nə vaxt hücum edəcəyimizi heç vaxt deməmişəm. Mənim rəhbərliyimdə ABŞ Suriyadan İŞİD-in çıxarılması üçün böyük işlər görüb. Haqqımız olan "Təşəkkür edirik, ABŞ!” ifadəsini isə eşitmirik”.

Türkiyə ilə NATO ABŞ və onun müttəfiqlərinin Suriyada keçirməyi planlaşdırdığı əməliyyatda İncirlik bazasından istifadəni müzakirə edəcək. Bu haqda Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.

Onun sözlərinə görə, bu haqda müzakirələr NATO-nun baş katibi Yens Stoltenberqin Türkiyəyə səfəri (aprelin 16-na nəzərdə tutulub – red.) zamanı aparılacaq.

"Qatil Əsədi də, PYD-ni də dəstəkləyənlər səhv edirlər. Biz hər iki yanlışla sona qədər mübarizə aparacağıq". Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib.

Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlardan danışan Ərdoğan məqsədlərinə çatana qədər mübarizə aparacaqlarını vurğulayıb: "Suriyada sabitlik yaradacaq yeganə ölkə bizik, Türkiyədir".

Rusiya Suriyada hadisələrin istənilən cür inkişafına, o cümlədən ən pisinə hazırlaşır. Hava Hücumundan Müdafiə Qüvvələri daimi olaraq döyüş hazırlığı vəziyyətindədir. Bunu "RİA Novosti” agentliyinə açıqlamasında Rusiya Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədr müavini Aleksey Çepa söyləyib.

"Təbii ki, hər şeyə hazır olmaq lazımdır. Ən pisinə də hazırlaşmalıyıq. Biz buna hazırlaşırıq və bu da başa düşüləndir”, - Çepa deyib.

Rusiya hərbi gəmiləri Suriyanınn Tartus şəhərində daimi düzülüş yerlərini tərk edib. Bunu "ImageSat International” (İSİ) şirkətinin sosial şəbəkələrdə paylaşdığı peyk fotoları göstərir.

Şəhərdə Rusiyanın Hərbi Dəniz-Donanmasının maddi-texniki təminatının 720-ci məntəqəsi yerləşir.

 


 

"Suriya ilə bağlı reaksiyamızı seçdiyimiz zaman verəcəyik". Bunu Fransa prezidenti Emmanuel Makron deyib. O, Suriyadakı kimyəvi hücumun arxasında Əsəd rejiminin dayandığını və bunun sübutlarının olduğunu söyləyib.

Döyüş meydanında əldə etdiyimiz hər zəfərdən sonra bəzi Qərb dövlətlərinin səsi yüksəlir və onlar hadisələrin gedişini dəyişdirmək üçün müəyyən cəhdlər edirlər. Bu sözləri Suriya lideri Bəşər Əsəd deyib.

"Bu cəhdlər və ya hər hansı bir müdaxilə beynəlxalq sülh və təhlükəsizliyi təhdid etməkdən, sabitliyi pozmaqdan başqa bir işə yaramayacaq”, - Əsəd bildirib.

Müharibə istəmirik, amma buna hazırıq. Bu sözləri Suriya lideri Bəşər Əsədin müşaviri Buseyna Şaban ABŞ-ın Suriyaya gözlənilən hücumu ilə bağlı danışarkən deyib.

"Müharibənin qaydaları Dəməşqin lehinə dəyişdi. Hazırda biz əvvəlki illərə nisbətən daha yaxşı formadayıq. Son günlər baş verənlər psixoloji müharibədir. Qərb uğursuzluqlarını ört-basdır etmək üçün güc nümayiş etdirmək istəyir”, - Şaban bildirib.

<iframe width="728" height="90" frameborder="0" marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no" allowfullscreen="true" id="aswift_1" name="aswift_1" style="margin: 0px; padding: 0px; border-width: 0px; border-style: initial; outline: 0px; font-weight: inherit; font-style: inherit; font-family: inherit; vertical-align: baseline; left: 0px; position: absolute; top: 0px; width: 728px; height: 90px;"></iframe>
Rusiya Müdafiə Nazirliyi Suriya ordusunun Şərqi Qutaya nəzarəti tam ələ keçirdiyini açıqlayıb. Nazirlik Şərqi Qutanının Ceyş əl-İslam qruplaşmasından azad edildiyini bildirib.Qeyd edək ki, son vaxtlar Suriyanın Şərqi Qutaya kimyəvi hücum etməsi böyük xaosa səbəb olub. ABŞ-ın Suriyanın hərbi obyektlərinə zərbə endirəcəyi gözlənilir.Suriyada 7 illik müharibə dövründə 215 dəfə kimyəvi silahdan istifadə edən ölkə lideri Bəşər Əsəd qaçmağa hazırlaşır. İran kəşfiyyatı və "Al Muhaberat”ın (Suriya kəşfiyyatı –red.) birgə hazırladığı qaçış planı Bəşər Əsədin ailəsindən 45 nəfərin Dəməşqdən təxliyəsini nəzərdə tutur.

"Yeni Şəfəq”in mənbələrinə görə, Əsədin sonuncu görüşü aprelin 8-də Dəməşqdə keçirilib və plan yekunlaşdırılıb.

 

 

ABŞ və NATO Suriyanın hökumət güclərinə zərbələrin endirilməsi üçün hazırlaşır. Qərb ölkələrinin böyük gücləri Aralıq dənizinə cəmləşməkdədir.Yalnız raket və aviasiya zərbələri üçün deyil, həm də yerüstü əməliyyatlar üçün beynəlxalq koalisiya yaradılır. Rusiya isə Suriyaya endiriləcək zərbələrin faciəli nəticələr gətirəcəyi barədə xəbərdarlıq edir, hətta ABŞ raketlərinin vurulacağını istisna etmir.

Rusiya müharibəyə qarışmalı olacaqmı? Bu suala cavab vermək üçün isə "Rusiya ümumiyyətlə Suriyada ABŞ və NATO-a qarşı müharibə aparmağa qadirdirmi” sualı cavablandırımalıdır.

Ukraynanın "Obozrevatel” nəşrinin yazarı, siyasi şərhçi Yuri Butusov Rusiyanın Atlantik cəbhəyə qarşı dura biləcəyinə şübhə edir.

 


 

İran bizi təhdid etsə, bunun qarşılığını Suriya hökuməti ödəyəcək. Bunu "Maariv” qəzetinə müahibəsində İsrail Müdafiə naziri Aviqdor Liberman deyib. Onun sözlərinə görə, İsrailə ediləcək istənilən hücumun qarşılığında Suriya hökuməti xəritədən silinəcək və Bəşər Əsəd ortadan qaldırılacaq:

"İranı belə bir şeylərə yol verməməsi üçün xəbərdar edirik. Ona görə ki, İsrail bu yolu sonuna qədər gedəcək”.

Liberman İranın Suriyada hərbi mövcudluğunu artırmasını İsrail üçün "edam kəndiri” adlandırıb.

"Rusiya barəsində ABŞ-ın yumşaq siyasətinin vaxtı keçdi”. Bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru, dövlət katibi postuna namizəd Mayk Pompeo bildirib.

"Rusiya təcavüzkar hərəkət etməyə davam edir. Uzun illər onun barəsində aparılan yumşaq siyasət buna imkan yaradıb. Yumşaq siyasət indi başa çatıb”, - o deyib.

MKİ-nin direktoru Rusiya diplomatlarının deportasiyası, Rusiyaya qarşı sanksiyaları, Amerika ordusu və nüvə güclərinin möhkəmləndirilməsi, Rusiyanın ekspansiyasına qarşı müqavimət göstərən Ukrayna və Gürcüstanda "cəsarətli cavan insanların silahlandırılması”nı Rusiya barəsində atılan addımlar olduğunu deyib.

"Bu siyahı daha uzundur və mən əminəm ki, məndə ora əlavələrin daxil edilməsi imkanı olacaq. Rusiya barəsində bizim diplomatik səylərimiz mürəkkəb olacaq”, - Pompeo söyləyib.

Keçmiş casus Sergey Skripal və qızı Yuliya Skripal "Noviçok” maddəsi ilə zəhərlənib. Bu barədə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının Solsberidə baş verən hadisə ilə bağlı hazırladığı hesabatda deyilib.

Bununla da KSQT hadisə ilə bağlı Böyük Britaniyanın iddialarını təsdiqləyib. Ekspertlər hadisənin baş verdiyi ərazidən zəhərləyici hissəciklər aşkarlayıblar.

Ukrayna yaxın günlərdə Müstəqil Dövlətlər Birliyindən (MDB) birdəfəlik uzaqlaşacaq. Bunu Ukrayna prezidenti Pyotr Poroşenko Kiyev Təhlükəsizik Forumunda çıxışı zamanı deyib. O bildirib ki, nə əvvəl, nə də indi MDB-nin üzvü olub.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ