SON DƏQİQƏ

Hollivud filmləri ilə yarışan toy videoları

Tarix:10-04-2018, 12:32


LoveStoriesTV.com saytında toy videolarına baxdığınız zaman Hollivudla real həyat arasındakı sərhəd silinmiş olur.

Müasir toy videoları əsl kino prodakşnıdır. Bu filmlərin kinematoqrafiyası böyük ekrandakı filmlərlə rəqabət apara bilər.

«Düşünürdüm ki, bu, gördüyüm ən gözəl kontentdir. Real insanlar, real hekayələr və peşəkar prodakşn», – «Love Stories TV»nin rəhbəri və yaradıcısı Rachel Silver deyir.

«Love Stories TV» texniki olaraq TV kanalı deyil, onlayn platformadır. Burada peşəkar hazırlanmış toy videoları paylaşılır və izlənilir.

R.Silver-in qadın həmkarları rəfiqələri ilə birlikdə gəzintidən sonra internetdə toy videolarına baxdıqları haqda danışıblar. Çoxu da videolara hansı saytda baxdığını xatırlamırmış. Bundan sonra o, «Love Stories» saytını yaratmaq qərarına gəlib.

«Netflix»lə müqayisə

«The Knot» və «Style Me Pretty» kimi populyar toy planlaşdırma saytları bu sahədə daha ətraflı məlumat təklif edir. Ancaq onların heç biri, sadəcə, toy videolarına fokuslanmır, yaxud belə videolardan əyləncə vasitəsi kimi yararlanmır. Bir qayda olaraq, videoların müəllifləri çəkdikləri məhsulları öz səhifələrinə yerləşdirir, müştərilərsə bura öz şərhlərini yaza bilirlər.

 

 

«Bu yaxınlarda bir nəfər bizi toy videoları «Netflix»i («Netflix» aylıq abunə müqabilində filmlərə baxmağı mümkün edən populyar onlayn platformadır) adlandırmışdı və bu, çox güclü səslənirdi», – Silver deyir.

Bəs bu saytın istifadəçiləri kimlərdir? Doğrudanmı, yad adamların toy videolarına baxmaq istəyən bütöv bir auditoriya var?

R.Silverin sözlərinə görə, saytın izləyiciləri ABC kanalının məşhur «The Bachelor» realiti şousunu izləyərək böyüyən gənc qadınlardan ibarətdir.

«Love Stories TV» əyləncədən başqa həm də öz toyunu planlaşdırmağa çalışan insanlara köməkdir. Burada toy məkanları, makiyaj ustalarının, dərzilərin adları, ünvanları və s. göstərilir. Bundan başqa, videoları məkan, dini etiqad, mədəniyyət və cinsi oriyentasiyaya görə axtarmaq mümkündür.

Rançoda sadə, bohema tərzində müsəlman toyu istəyirsiniz? Yoxsa geyləri normal qarşılayan beşulduzlu çimərlik məkanında latın üslubunda bir şey axtarırsınız? Bunların hamısını saytda tapa bilərsiniz.

Toy biznesində çalışanlarsa öz işlərini burada sərgiləyə bilərlər.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ