SON DƏQİQƏ

Bəs zindan necədir, qaranlıq zindan? – SİYASİLƏRİN MƏHBƏS HƏYATI...

Tarix:22-10-2017, 01:26

 Bəs zindan necədir, qaranlıq zindan? – SİYASİLƏRİN MƏHBƏS HƏYATI...
Həbsxana qapıları bəzən dövlət başçılarının, tanınmış siyasətçilərin üzünə də geniş açılır, soyuq divarlar, dəmir barmaqlıqlar onları ən adi məhkumlar kimi qəbul edir.

Modern.az saytı həbsxana həyatı yaşayan dövlət başçıları haqqında yazını təqdim edir.

İlk kommunist dövlətinin yaradıcısı və rəhbəri olmuş Vladimir İliç Lenin hakimiyyətin dəyişilməsi uğrunda apardığı mübarizəyə və təbliğat işlərinə görə 1895-ci ildə həbs olunub. Fəal siyasətçi bir il dəmir barmaqlıqlar arasında qaldıqdan sonra üç il müddətinə sürgünə göndərilib. Birinci Dünya müharibəsi başlananda Vladimir İliç Rusiyanın xeyrinə cəsusluqda şübhəli bilinərək Avstriya jandarmı tərəfindən növbəti dəfə həbs olunub. Avstriya parlamentinin üzvü Adlerin müdaxiləsindən sonra o, 1914-cü il avqustun 6-da azadlığa buraxılıb.

 

 

İosif Stalin nə az, nə çox düz altı dəfə həbsxanaların "qonağı” olub. O yalnız bir dəfə siyasi baxışlarına görə həbs olunub. Digər həbslər isə əsasən soyğunçuluqla bağlı olub. Partiyanın maddi rifahının yaxşılaşması naminə Stalin istənilən cinayətlərə əl atıb. 20-ci əsrin soyğunçuluqla bağlı ən böyük cinayətlərinin biri də Stalinin adı ilə bağlıdır. Yaxın dostu Kamo ilə Tiflisdə 250 mun rublun oğurlanması dövrün ən səsli-küylü hadisələrindən biri olub və həmin məbləğ o dövr üçün fantastik rəqəm sayılıb. Stalinin cinayət "yaradıcılığı”nın ən pik nöqtəsi isə "İkinci Nikolay” gəmisinə hücumu olub.

 

 

Həbsxana divarlara arasına düşən siyasi liderlərdən biri də Adolf Hitlerdir. 1923-cü il noyabrın 8-də Münhen qiyamındakı təşkilatçılığına görə, Hitler 1923-cü ilin noyabrından 1924-cü ilin dekabrına qədər Landsberq türməsində cəza çəkib.

Hitler türmənin ən rahat və şəraitli kamerasında saxlanılıb. Hətta onun kamerasını başqa məhbuslar təmizləyib. Cəza müddətində vaxtını boş keçirməyən Hitler türmədə olarkən "Mənim mübarizəm” kitabını qələmə alıb.

 

 

26 iyul 1953-cü ildə Batista rejiminin devrilməsinə başçılıq edən 26 yaşlı Fidel Kastro məğlubiyyətə uğradıqdan sonra bir müddət gizlənsə də, həmin ilin avqustun 1-də həbs olunub. Məhkəmə Kastronu 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. "Tarix mənə haqq qazandıracaq”,- deyən siyasətçi dörd il dəmir barmaqlıqlar arasında qaldıqdan sonra 1955-ci ildə azadlığa buraxılıb.

 

 

Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti Nelson Mandelanın həbsxana həyatı daha uzun çəkib. Dəfələrlə həbs olunan Mandela 1956-cı ildə dövlətə xəyanətdə ittiham olunub, 1961-ci ildə bəraət alıb. Afrika Milli Konqresinə liderlik edən Nelson Mandela 1964-cü ildə ömürlük həbs cəzasına məhkum olunub. 1990-cı ildə həbsdən buraxılıb və yenidən Afrika Milli Konqresinin lideri seçilib.

 

 

1999-2013-cü illərdə Venesuela prezidenti olmuş Uqo Çaves 1992-ci ildə başçılıq etdiyi hərbi çeviriliş uğursuzluqla nəticələndikdən sonra özü dövlət orqanlarına təslim olub. Hadisənin bütün məsuliyyətini öz üzərinə götürən Çaves silahları yerə qoyması ilə bağlı tərəfdaşlarına müraciət edib. Fevralın 4-də günorta saatlarında Çaves televiziya ilə canlı yayımda təslim olmağının səbəblərini açıqlayaraq vurğulayıb ki, qan tökülməmək naminə bu addımı atır. Daha sonra o bəyan edib ki, onlar öz mübarizələrini davam etdirəcəklər. Könüllü təslim olan Çaves və silahdaşları iki il həbsxana həyatı yaşayıblar.

 

 

Yuqoslaviyanın ilk prezidenti olmuş İosip Broz Titonun həyatından da həbsxana yan keçməyib. Hələ gənclik illərindən fəal inqilabi hərəkata qoşulan Tito Birinci Dünya müharibəsi illəri dövründə bir neçə dəfə həbs olunub. Kifayət qədər çevik insan olan İosip Broz Tito Yuqoslaviya türmələrindən qaşmağa da müvəffəq olub. Cəza müddəti zamanı o siyasi bilgilərini artırıb.

 

 

1998-2001-ci illərdə Filippinin 13-cü prezidenti olmuş Cozef Estrada daha böyük ittihamlarla həbsxanaya göndərilib. O, 2000-ci ilin oktyabr ayında korrupsiya ilə bağlı ittiham olunub. Filippin Ali Məhkəməsi ölkə başçısını dövlət əmlakını mənimsəməkdə və korrupsiyada təqsirli bilərək onu ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Ancaq bir neçə aydan sonra ölkənin yeni prezidenti Cozef Estradaya amnistiya tətbiq edərək azadlığa buraxıb.

 

 

1979-2003-cü illərdə İraqın 5-ci prezidenti olmuş Səddam Hüseynin aqibəti daha ağır olub. 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilmiş Səddam Hüseyn Bağdaddan qaçıb gizlənsə də dekabr ayında həbs edilərək həbsxanaya salınıb.

 

 

Səddam Hüseyn 2006-cı il dekabrın 30-da isə İraq Ali Məhkəməsinin qərarına əsasən asılaraq edam edilib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ