SON DƏQİQƏ

Ağdamın Baş planı: Ərazi və əhali artacaq, piyada və velosipedlərə üstünlük veriləcək

Tarix:20-06-2021, 00:31



Ağdam şəhərinin ərazisi nə qədər olacaq?
Hazırda demək olar ki, yerlə-yeksan olunmuş Ağdamın gələcək ərazisi iki dəfə böyüyəcək. "Vaxtilə Ağdam şəhərinin ərazisi 700-800 hektar idi. İndi iki dəfə böyüdürük,"- şəhərin Baş planı ilə tanış olan İlham Əliyev deyib.
Ağdama məxsus, 1700 hektara daxil bəzi ərazilər bağlara veriləcək.
Ağdamın əhalisi nə qədər olacaq?
Prezidentə Baş planın təqdimatı vaxtı şəhər əhalisinin 36 min nəfər, birləşdirilən kəndlərlə və əhalinin artımını nəzərə almaqla 50 mindən yuxarı olduğu bildirilib. Yeni Ağdam isə 100 min nəfər sakin üçün planlaşdırılır. Plana görə, şəhərə onun "tarixi hüdudlarından başqa" bir neçə (planın təqdimatında 8 kəndin adı çəkilib) kənd birləşdirilib. Baş planı Prezidentə təqdim edən Ruslan Sadıqov bildirib ki, əhalinin 70 faizi şəhər ərazisinin 30 faizində yaşayacaq.
Yaşayış şəraiti necə olacaq?
Baş plana görə, Ağdamda 1750 fərdi ev və 23 min mənzilin inşa olunacağı nəzərdə tutulur. Beləliklə, şəhər sakinlərinin üçdə biri fərdi evlərdə yaşayacaq. Ağdam rayonundakı evlərin daha böyük həyətyanı sahələrlə təmin olunacağı bildirilir. Şəhərdə ictimai yaşıllıq məkanları da qurulacaq. Belə ki, hər bir Ağdam sakini evindən çıxarkən 400 metr keçmiş istirahət parkına çatacaq, Baş planın təqdimatı vaxtı qeyd olunub
Nəqliyyat sistemi necə qurulacaq?
Nəqliyyat infrastrukturu əsas üstünlüyü piyadalara verəcək, yeni Baş planda belə göstərilir. "Siz artıq bu haqda dediniz - birinci piyadalardır, ikinci velosiped, sonra ictimai nəqliyyatdır, ondan sonra isə taksi və "Carsharing", - İlham Əliyevə nəqliyyat şəbəkəsi barədə məlumat verən Ruslan Sadıqov deyib. Baş planda əsas hərəkət vasitəsi kimi velosipedlər xüsusi yer tutacaq. Bunun üçün ayrıca "şərait və infrastruktur olacaq ki," insanlar yola çıxmadan velosipeddən təhlükəsiz, "rahat istifadə edə bilsinlər".

Şəhərdə ictimai nəqliyyat vasitəsi olaraq həmçinin relslər olmadan təkərlər üzərində hərəkət edəcək tramvay xətləri də nəzərdə tutulub. Onların marşrutu digər nəqliyyat vasitələrinin hərəkətinə maneə törətməməsi üçün yolun ortası ilə keçməyəcək.

Təhsil sistemi barədə nə məlumdur?
Təhsil Nazirliyi tikiləcək 15 məktəb layihəsini təqdim edib. Burada həmçinin Qarabağ Universitetinin yaradılması da nəzərdə tutulur. "Ağdam bütün Qarabağın təhsil mərkəzi olacaq", - təqdimat vaxtı İlham Əliyev deyib. Ağdamda açıqlanan məlumata görə, xüsusi məktəb inşa etməyə investorlar da maraq göstərir. Şəhərdə məktəblər üçün yer elə seçilib ki, istənilən nöqtənin "300-350 metrliyində məktəb olacaq".

Şəhərin abadlaşdırma necə olacaq?
Ağdam şəhərinin yeni nəzərə çarpacaq xüsusiyyətlərdən biri kimi onun "intensiv, müasir bağlar" və əlçatan yaşıl zonalara sahib olmasıdır. "Turistlər, yaxud da yerli sakinlər şəhərə yaxınlaşanda onun ətrafında ən müasir bağlar görəcəklər", - Baş planın təqdimatında deyilib.

Həmin bağların içində kiçik müəssisələr, turizm obyektləri, 8-12-20 yerlik otellər ola bilər ki, şəhərə gələn qonaqlar "kənara çıxmadan bağ-bağatın içində" qala bilsinlər. Maraqlı olan daha bir məqam bitkilərin seçimi ilə bağlıdır - nəzərdə tutulur ki, "lavanda bitkisi kimi gül açanlar, badam bitkisi", digər bitkilər çiçəklənən olsunlar. "Yaz gələndə Ağdam hər ay dəyişən çiçəklərin əhatəsində olacaq", - Ruslan Sadıqov qeyd edib. Adətən, şəhərdə yaşıllıq zonaları üçün 15 faiz ayrılırsa, layihədəki meşə zolaqlarının sahələri 23 faizə çatacaq.

Layihədə "Ağıllı şəhər" elementləri istifadə olunubmu?
Baş planının təqdimatı vaxtı şəhərdə BMT-nin UNICEF qurumunun "Ağıllı və dayanıqlı şəhərin müddəaları haqqında" kitabçasında göstərilən 18 müddəasının nəzərə alındığını bildirilib. Planın müəllifləri müvafiq prinsiplərin kompüter şəbəkəsindən tutmuş turizm və yaşıllıq zonalarına qədər əks olunduğunu deyirlər.

Misal üçün ağıllı və ya dayanaqlı şəhər prinsipinə uyğun olaraq, burada su, elektrik təchizatı, sosial infrastruktur, elə qurulub ki, əl çatan olsun və sakinlərə xəstəxana, məktəb və ya baş meydana piyada çatmaq imkanı verilsin. Ağıllı şəhər konsepsiyasının tələb etdiyi kimi, şəhərin bütün elementləri 125 hektarlıq meşədən tutmuş, su kanalları, göl, müasir körpülər və yollar vahid sistemin tərkibi olmalıdır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ