SON DƏQİQƏ

Covid-19: Azərbaycan iqtisadiyyatı koronavirus qaydalarına uyğunlaşa bilirmi?

Tarix:21-04-2021, 01:27


Bakı, foto, bu gün

Bir ildən artıqdır ki, qlobal miqyasda davam edən Covid-19 pandemiyası və onunla bağlı yeni iş və yaşayış qaydaları "yeni normallıq" şəraiti yaradıb.

Artıq maska taxma, sosial məsafəni qoruma, kontaktsız alış-veriş, onlayn konfrans rejimində təmaslar gündəlik həyat normasına çevrilib.

Bu cür yeni reallıq iqtisadiyyatın bir çox sahələrinə təsir göstərməkdədir.

Pandemiyadan əvvəl rəqəmsal/onlayn alətlərin, alqoritmlərin iqtisadi səmərəliyinə şübhəylə yanaşanlar üçün də bu təsirlər, dünyanın hər yerinə, yeni reallığın sübutu olub.

Karantin rejimləri ilə müşayiət olunan ötən müddət pandemiya ilə bağlı yaranan problemlərə məhz rəqəmsal platformalara keçən biznes və ictimai sektorların daha yaxşı tab gətirdiyini göstərib - Amazon, Facebook, Zoom və digər qlobal platformalar isə həmin müddət ərzində öz maliyyə balanslarına milyardlarla dollar gəlir əlavə ediblər.

Bəs Azərbaycanda iqtisadiyyat pandemiya dövrünün qaydalarına ötən dövr ərzində nə dərəcədə uyğunlaşa bilib, hansı sektorlar bunun öhdəsindən daha yaxşı gəlib?

Pandemiya dövrünün iqtisadi sektora üzdə olan təsirini ilk növbədə nəğdsiz pul hesablaşmaları və ödənişlərin həcminin artmasında görmək mümkündür, iqtisadi təhlilçi Natiq Cəfərli qeyd edir.

Nəğdsiz hesablaşma

Natiq Cəfərli
Şəklin alt yazısı,

Natiq Cəfərli

"Bunun həm virusun yayılmasının qarşısının alınmasına müsbət təsiri olub - kontaktsız ödənişlər, yeni pos-terminalların quraşdırılması, kod yığmadan kartı yaxınlaşdıraraq ödəniş etməyin mümkünlüyü. Rəqəmsallaşma həm də ən azından, kögə iqtisadiyyatı ilə bağlı ticarət dövriyyəsinin kölgədən çıxmasına gətirib çıxarır," - iqtisadçı qeyd edir.

Pandemiya dövründə onlayn sifarişlər, onlayn alış-veriş artmaqda davam edir, vətəndaşlar da bu tip sifarişlərə və alqı-satqıya öyrəşməyə başlayıblar.

"2019-cu ilə nisbətən onlayn ödənişlərdə az qala ikiqat artım olub. Düzdür, ümumi ticarət dövriyyəsində belə ödənişlərin həcmi hələ də kiçikdir. Xüsusilə, qonşu Türkiyə, Gürcüstran və Rusiya ilə müqayisədə biz çox geri qalırıq. Qonşu ölkələrdə nəğdsiz ödənişlərin çəkisi bəzən 50 faizdən çoxunu təşkil edir. Azərbaycanda bu göstərici təxminən 20 faizə yaxınlaşıb indi, pandemiyadan əvvəl isə 10 faiz civarında idi."

Sınaq ili

Osman Gunduz/Facebook

ŞƏKLİN MƏNBƏYİ,OSMAN GUNDUZ/FACEBOOK

Şəklin alt yazısı,

Osman Gündüz

Azərbaycan İnternet Forumu qeyri-hökümət təşkilatının rəhbəri Osman Gündüz pandemiya şəraitində keçən bir ili Azərbaycan iqtisadiyatı üçün sınaq dövrü sayır.

"Ötən müddətdən dərs çıxarılmalıdır," - ekspert deyir.

"Bütün dünyada olduğu kimi Azərbaycanda da pandemiya rəqəmsal sferanı, elektron alış-veriş sahəsini, onlayn ticarət sferasını xeyli stimullaşdırıb, - Osman Gündüz qeyd edib. - Həm də çatışmamazlıqları da üzə çıxarıb."

AİF prezidentiə ölkədə son bir ərzində cargo (çatdırma) şirkətlərinin sayının kəskin artmasına diqqəti çəkib.

"Vətəndaşlar həmin şirkətlər vasitəsilə onlayn sifarişlər edir və ölkə xaricindən müxtəlif mal-məhsul alıblar. Belə şirkətlərin sayı bir il ərzində 60-70-ə yüksəlib, halbuki, pandemiyadan əvvəl yalnız bir neçə belə şirkət var idi. Və onlar indi Gömrük Komitəsilə əlaqədə işləyirlər," - Osman Gündüz qeyd edib.

Onun sözlərinə görə, çatdırma sahəsi onlayn ticarətin əsas elementlərindən biridir və bu sahə indi Azərbaycanda "inkişaf etməkdədir, şirkətlərin sayı artır, onların arasında rəqabət gedir."

"İndi isə bu sfera ən rəqabətli sahələrdən birinə çevrilib. Ölkə daxilində də çatdırma şirkətlərinin sayı artmaqdadır," - Osman Gündüz qeyd deyib.

Onun sözlərinə görə, Pandemiya dövründə sahibkarların bu sahəyə münasibətində də kəskin dönüş müşahidə olunub.

Problemlər

Natiq Cəfərli qeyd edir ki, pandemiya dönəmində Azərbaycan iqtisadiyyatında, o cümlədən, makroiqtisadi göstəricilərlə bağlı, kifayət qədər problemlər üzə çıxıb: "Çox kəskin pisləşmə ola bilərdi, sadəcə, neft-qaz sektoru iqtisadiyyatı ayaqda saxlaya bildi."

İqtisadçı ÜDM-də 3,3-3,6 faiz civarında azalmanın baş verdiyini qeyd edib: "İqtisadiyyatın bu qədər daralması ciddi problemlər yaradıb."

Cəfərlinin sözlərinə görə, pandemiya dövründə ölkədə işsizliklə bağlı statistikanın reallığa adekvat olmadığı da məlum olub.

"Pandemiyadan əvvəl, keçən ilin martin 1-nə cəmi 90 min 700 işsiz var idi, amma bir aydan sonra, apreldə 190 manatlıq işsizlik müavinətinin 1milyon 600 mindən çox adama verilməsi üzə çıxdı."

İqtisadçı qeyd edir ki, pandemiya səbəbilə ciddi zərərə düşən sahələr də olub - məsələn, turizm və xidmət sahələri.

Onun sözlərinə görə, pandemiyadan öncə turizm sahəsində, rəsmi rəqəmlərə əsasən, 24 min insan çalışib, qeyri-rəsmi rəqəmlərə görə isə onların sayı 3 dəfə çox olub: 75-80 minədək.

"Azərbaycanda əmək müqavilələri olmadığından, vergidən yayınmaq üçün bu sahə kölgədə işlədiyindən, vətəndaşlar da çox zaman rəsmi müqavilə olmadan çalışırdılar."

Natiq Cəfərli 20202-ci ildə turizmun tamamilə iflasa uğradığı qənaətindədir.

Distant təhsil və iş

Pandemiya dövrünə uyğunlaşma üsullarından biri də evdən işləmə və distant təhsil olub.

Onlayn ofis formatında iş qurmağ imkanı daha çox dövlət idarələrində olub, Natiq Cəfərli qeyd edib.

"Ölkədə rəsmi muzdla çalışanların sayı 1.6 milyondur və bunların 918 mini məhz dövlət sektorunda çalışır. Bura polislər, müəllimlər, həkimlər, nazirliklər aiddir."

Ekspert xatırladır ki, məktəblər bağlananda müəllimlər distant təhsilə keçdi, həkimlər isə əksinə daha çox yükləndilər virusa görə, həkimləri distant iş sisteminə keçirmək mümkün olmadı.

"Amma nazirliklər, dövlət idarələri öz işçilərinin bəzən 50 faizini, bəzən 25 faizini işlətməklə bu formata keçə bildi, hər halda bu barədə məlumatlar oldu."

İqtisadçının sözlərinə görə, onlayn sifarişlərin və nəğdsiz ödənişlərin həcmində ölkə üzrə ötən müddətdə ciddi artım qeydə alınıb: "Və bu kölgə iqtisadiyyatı ilə mübarizədə də pozitiv bir gəlişmədir", o deyir.

Qəribə qərar

Pandemiya dövrünün qaydalarına nəğdsiz hesablaşmaların, onlayın alış-verişin daha uyğun olması və inkişaf etdirilməsinin məqsəduyunluğu məntiqi prizmasından hökümətin keçən ilin avqustunda xaricdən onlayn sifarişlərin həcminin vətəndaşlar üçün 1000 dolardan 300 dollara endirilməsi qəribə görünür, Natiq Cəfərli hesab edir

"Bu anlaşılan deyildi, əslində pandemiya dövründə onlayn sifarişlərin həcminin dünyada çox böyük sürətlə artması baş verib, bizdə isə buna inzibati baryerlər qoyuldu."

Natiq Cəfərli Gömrük Komitəsinin təşəbbüsü ilə qəbul olunmuş həmin məhdudiyyəti doğru və məntiqli saymır.

"Həmin qərarı bəzi insanların bundan biznes məqsədləri üçün istifadə edəcəkləriylə əsaslanırdılar. Amma pandemiya dövründə bunu biznesə çevirmək istəyənlər üçün şərait yaratmaq daha məqəsəduyğun olardı," - iqtisadçı vurğulayıb .

Onun sözlərinə görə, xaricdən onlayn sifarişlərə qoyulmuş məhdudiyyət ölkəyə bu kanal vasitəsilə daxil olan malların strukturunu dəyişib: Əvvəllər 1000 dollara xaricdən keyfiyyətli telefon və ya kompüter sifariş etmək olurdusa, indi 300 dollara xaricdən pal-paltar və aksessuarlar sifariş olunur. Yəni bu kanalla ölkəyə daxil olan malların strukturunda həmin qərar nəticəsində rəqəmsal məhsul məişət malları ilə əvəzlənib.

Bunun ölkə miqyasında rəqəmsallaşma proseslərinə nəcə təsir göstərə biləcəyinə Osman Gündüz aydınlıq gətirir.

Teledərslər

"Təhsil Nazirliyi pandemiya təzə başlayan dövrdə bir maraqlı sorğu keçirdi. Həmin sorğuda nə qədər şagirdin, müəllimin kömpüteri olması, internetə əlçatanlığın olması, şagirdlər üçün internetin əlçatanlığı, internet xərclərini ödəmək imkanı varmı-yoxmu - bu səpkidə suallar var idi", o deyir.

"Təhsil Nazirliyi belə bir faydalı soğu keçirdi bir il bundan əvvəl, amma nəticələrini açıqlamadı, - Gündüz deyir. - Lakin sorğudan sonra teledərslərə üstünlk verildi, internetə yox - bu da onun göstıəricisidir ki, keyfiyyətli internet, kompüter, telefon kəndələrdə elə də əlçatan deyildi."

"Başqa ölkələrdə də belə problemlər olub, amma orada müəllimlərə, şagirdlərə kömpütürelər, planşetlər paylanıb. Bizdə isə bu problem hələ də qalır."

Bununla belə ekspert hesab edir ki, pandemiya dövrünün təcrübəsi "böyük bir dərsdir" və yaxın zamanlarda Azərbaycanda rəqəmsal transformasiyanın sürətlənəcəyini gözləmək olar.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ