SON DƏQİQƏ

İşğaldan sonra sovxozun mal-qarasına 10 il baxmış direktor: "Dövlətin malına mən nə edə bilərəm ki?"

Tarix:24-01-2021, 00:44

Paylaşımını ötürün YouTube, 1
Videonun alt yazısı,Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube, 1


Ağdamın kəndlərinin birində sovxoz direktoru işləmiş Kərrar Abdullayev işğal zamanı Ağdamdan ailəsi ilə birgə çıxmayıb.

O, əvvəlcə sovxozun mal-qarasını təhlükəsiz yerə aparmağa çalışıb.

79 yaşlı Kərrar Abdullayev 10 ilə yaxın sovxozun 250 baş malına və 700-800 qoyununa baxıb.İllər boyu Kərrar Abullayev və bir neçə işçi könüllü olaraq artıq işğal altında qalan sovxozun mal-qarasının qayğısına qalır. Axırda onun geriyə dönməyə ümidi itir, həm də mal-qaraya baxmağa gücü çatmır və heyvanları yerli hökumətə təhvil verir.

Kərrar Abdullayev hazırda Ağdamın işğal altında olmamış Evoğlu kəndində ailəsi ilə birgə yaşayır.

Bu kənd illərlə Ağdamın Ermənistanın işğalı altında olmuş əraziləri ilə təmas xəttində yerləşib.

Ağdam rayonun böyük hissəsi 1993-cü ilin yayında işğal edilib. Bundan 27 il sonra Ağdam İkinci Qarabağ Müharibəsindən sonra, noyabrın 20-də Azərbaycana geri qaytarılıb və bu təmas xətti ləğv edilib.

İndi Kərrar Abdullayevi öz doğma kəndi Şıxbabalıdan təxminən 25 kilometr ayrır. Ərazilərin minalanmış olması təhlükəsinə görə yerli sakinlərin hələ də dədə-baba torpaqlarına nə zaman qayıdacağı məlum deyil.


скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ