SON DƏQİQƏ

Qarabağ müharibəsindən sonra travma, faciə və dağıntı

Tarix:22-12-2020, 14:12

Füzuli, Azərbaycan - Bu yaxınlarda Ermənistandan geri alınmış Azərbaycanın ərazilərindən keçmək Birinci Dünya Müharibəsindəki döyüş bölgələrini xatırladan boş əraziyə səyahət etmək kimiydi. Yolboyu tərk edilmiş xəndəklərdən və sığınacaqlardan keçən yol kənd xarabalıqlarına qədər kilometrlərlə uzanır, ərazilərə ağ daşları səpələnir, daşına biləcək bütün əşyalar - damlar, qapılar, pəncərə çərçivələr sökülərək aparılıb.

Burada yaşayışın olmaması qorxuncdur.

Təpələrdən düzənliyə doğru yolboyu dayanan sıradan çıxmış erməni tankları və zirehli texnikalar Azərbaycan pilotsuz təyyarələrinin dağıdıcı gücünə şahid oldular. Atılmış formalar və avadanlıqlar göstərir ki, noyabrın əvvəllərində Azərbaycan qüvvələri ərazini ələ keçirdikdən sonra erməni əsgərləri vahimə içərisində geri çəkiliblər. Ərazi Ermənistan tərəfindən işğal edildikdən on illər sonra, vaxtilə çiçəklənən, təxminən 30.000 əhalinin yaşadığı, əsasən kənd təsərrüfatı ilə məşğul olan Füzuli şəhəri meşəlik bir əraziyə çevrilib, dağılan yaşayış binalarını ağac və kol-kos basıb. Qarabağın şimalında yerləşən və nisbətən böyük əraziyə malik olan Ağdam şəhərinin aqibəti isə daha pisdir: binalar quru düzənlikdə dağılmış vəziyyətdədir və şəhərin əsas körpüsü dağılıb.


Azərbaycan dronları builki müharibədə Ermənistan qüvvələrinə dağıdıcı zərbə edirdi. Ermənistan tankı Füzuli rayonun tərk edilmiş ön cəbhə xəttində durur.

Mənbə: Ivor Prickett - The New York Times

"Onları bağışlamaq mənim üçün çox çətin olacaq”, - 47 yaşlı veteran hərbçi Elməddin Səfərov, 17 qohumunu itirdiyi Ağdamdakı dağıntılara baxarkən belə deyib.

Azərbaycanda ermənilərin yaşadığı bölgə olan Dağlıq Qarabağdakı münaqişə dünyanın ən sərt ərazi mübahisələrindən biri olub. Altı illik müharibə 1994-cü ildə, Ermənistanın yalnız Dağlıq Qarabağı deyil, iddia etdiyi kimi qonşu ərazilərin də böyük bir qismini işğal etdikdən və 800 mindən çox azərbaycanlını qovduqdan sonra sona çatıb. Rusiyanın da vasitəçiliyi ilə atəşkəslə nəticələnən altı həftəlik gərgin hərbi əməliyyatdan sonra Azərbaycan Ermənistanın nəzarətindəki ərazilərin bir hissəsi olan Füzuli və Ağdam üzərində nəzarəti qaytarıb. Dağlıq Qarabağın əsas hissəsi Ermənistanın əlindədir və Rusiya sülhməramlıları tərəfindən nəzarət edilir. Müharibənin şiddəti (yaşadığımız əsrdə Avropadakı və ya ətrafındakı ən sıx qarşıdurmadır) yeni travmalar və faciələrlə yanaşı on illərdir ki, dağıntılara səbəb olub. Ermənilər üçün bunlar qaçqın ailələr, vətən itkisi, 21-ci əsrin qorxunc müharibəsinə qarşı qorunduğu sırada şəhid olan minlərlə əsgər deməkdir. Azərbaycanlılar üçün isə bu, Sovet İttifaqı zamanında yaşadıqları və illər öncə qovulduqları, hazırda işğal altında olan, lakin illərlə yaşaya bilməyəcəkləri hala düşən torpaqlardakı evlərinin qalıntısıdır.

Müharibə bitsə də, hər iki tərəfin əziyyət gördükləri barədə yayılan xəbərlər, edamlar və məhbusların başını kəsmə videoları ilə yayılan nifrət gələcək nəsillər üçün münaqişənin uzanacağını göstərir.

Yalnız bir neçə gün öncə, Səfərov doğma torpağı darmadağın edildiyi zaman xilas oldu. Bu zaman dağların başında görünən duman ağacların arasından keçərək cəbhə xəttinin digər tərəfində, şimalda yerləşən kənd yolunun arxasında gizlənmiş hərbi şəhərciyi örtürdü. Orada aralarında bəziləri 60 yaşdan yuxarı olan, fərqli idman ayaqqabısı və papaq geyinmiş, üzləri solğun və çökmüş, könüllü əsgərlər səssiz şəkildə və kədərlə komandirlərini dinləyirdilər. Komandir, 63 yaşlı təqaüdçü polkovnik Artur Aleksanyan onlara evlərinə getmək vaxtının gəldiyini söyləyirdi.

"Bu, yalnız başlanğıcdır",- deyə yumşaq bir şəkildə söz verdi:

"Əminəm ki, torpağımıza qayıdacağıq".

Polkovnik Aleksanyanın əsgərləri müharibə barədə soruşduqda, o, döyüş meydanında hədəfləri vuran Azərbaycanın "ölüm dronları"nın dəhşətinə diqqət çəkdi. Əsgərlərin dediyinə görə, hərbi sursat o qədər dəqiq idi ki, tanklardakı erməni əsgərləri döyüş sahəsinə girən kimi atəş edirdilər, əsgərlər atılıb gizlənməyə tələsirdilər.

"Cəhənnəmə bənzəyirdi",- deyə bir əsgər təkrarladı.

Təqaüdə çıxmış erməni hərbçi Artur Aleksanyan ötən ay könüllü ordusu ilə.

Təqaüdə çıxmış erməni hərbçi Artur Aleksanyan ötən ay könüllü ordusu ilə. " Hərşey sadəcə bir başlanğıcdır”, - o, əsgərlərə deyir: " Əminəm, torpaqlarımızı qaytaracağıq”.

Mənbə: Mauricio Lima "Nyu York Tayms”

Qarabağda Aleksanyanın ordusunun döyüşdüyü Kusapat kəndi.

Qarabağda Aleksanyanın ordusunun döyüşdüyü Kusapat kəndi.

Mənbə: Mauricio Lima "Nyu York Tayms”

Polkovnik Aleksanyan qoşunlarının ağır silahlarla atəş açılan cəbhədəki mövqelərini araşdırdı və partlamamış bombaların yanında qurulan qırmızı lentlərlə əhatələnən yerdən keçdi. Dağın yamacı kasetli bombalar var, bəzi yerlər əyilmiş metal, küflənmiş çörək və insan nəcisləri ilə doludur.

Cəbhə xətti boyunca əsgərlər bir neçə metr dərinlikdə və bir insanın yatmaq üçün çətinliklə girdiyi genişlikdə xəndək qazarkən bir əsgər əlində avtomat tutmuşdu. Polkovnik Aleksanyan hələ də 1990-cı illərdəki son müharibə zamanı düçar olduğu qarın ağrısından əziyyət çəkir və döyüş meydanında hərəkət edərkən formasından çıxan kateter borusu ona bu münaqişənin sağalmamış yaralarını xatırladırdı. O, bu payız Azərbaycanın piyada qoşunları göndərdiyi vadini göstərərək, manqasının torpağı qoruduğunu və onlarla ölünün həftələrcə orada yatdığını, müharibə bitənə qədər səngərlərdən üfunət iyi gəldiyini dedi.

Polkovnik Aleksanyan əsgərlərinə: "Səhvlərimizi analiz etməliyik və bundan sonra geri dönəcəyik",- dedi. "Bütün dünyadakı ermənilər arxamızdadır".

Ermənilər Sovet İttifaqının Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olması qərarının tarixi bir səhv olduğuna inanırlar. Polkovnik Aleksanyan deyir ki, 1990-cı illərdə Ermənistan yalnız Dağlıq Qarabağı deyil, yüz minlərlə azərbaycanlının yaşadığı qonşu bölgələri də ələ keçirdiyi zaman zəfər qazanan tərəf idi.

Ermənistana görə Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək üçün Azərbaycanın bu qədər geniş ərazisi işğal edilməli idi. Azərbaycanlılar üçün isə bu, dəyişdirməyi qərar verdikləri bir haqsızlıqdır. İndi qələbəni qeyd etməsinə baxmayaraq, Azərbaycan böyük ölçüdə tərk edilmiş və viran qalmış bir bölgəni geri qaytardı.

"Cəhənnəmə bənzəyir" deyə kəndi dağılan bir azərbaycanlı, xəbər agentliyinin rəhbəri Umud Mirzəyev qeyd edir:

"Əvvəllər çox yaşıl idi; Bu torpaq əkinçilik, üzüm, pambıqçılıq və qoyunçuluqla məşhur idi".

27 il əvvəl müharibə zamanı qaçdıqdan sonra ilk dəfə Füzuli rayonuna qayıdan iki keçmiş universitet tələbəsi böyürtkən meyvələriylə örtülmüş xarabalıqlardan və cücərən ağaclardan yol tapmağa çalışırdı. Atakişi Babayev, "Yollar ağac və kollarla dolu olduğundan gəzmək olmurdu" dedi. Onun dostu Nurəddin Namazəliyev, bölgədə hələ də tanınan halda qalan nadir abidələrdən biri olan möhtəşəm qəzet nəşriyyatı binasını və dərhal evə qayıdış yolunu tanıdı. Atası 50 il "Araz" qəzetinin baş redaktoru işləmiş və tez-tez onunla işləməyə bu binaya getmişdi. Ancaq köhnə evlərinə gedən yolda heç nə qalmamışdı. Bunun əvəzinə bağçadan bir az torpaq alıb valideynlərinin ata-baba yurdundakı qəbirlərinə səpmək üçün götürdü. "Mənim üçün, bu, çox vacib idi, çünki onlar geri qayıda bilmədilər",- dedi. Namazəliyev, erməni qüvvələri tərəfindən hərbi əsir kimi saxlanılan əmisi uşağının Ağdamdakı evləri sökmək üçün işləməyə məcbur olduğunu xatırladı.

Yenidən Azərbaycanın nəzarətinə keçmiş Füzuli rayonunda yerləşən

Yenidən Azərbaycanın nəzarətinə keçmiş Füzuli rayonunda yerləşən "Araz” qəzetinin ofisinin önündə silah-sursat

Mənbə: Ivor Prickett "Nyu York Tayms”

"Evimdən bir parça, bir şüşə və ya bir mismar tapa bilmədim",- deyə qəzetin keçmiş redaktorunun oğlu Nurəddin Namazəliyev qeyd edir.

Mənbə: Ivor Prickett "Nyu York Tayms”

Ağdamın 61 yaşlı bələdiyyə başçısı Vaqif Həsənov, erməni qüvvələrinin şəhəri niyə məhv etdiyini başa düşməkdə çətinlik çəkirdi. 19-cu əsrə məxsus zərif mərkəzi məscid Ağdamda qalan yeganə binadır. Bura erməni qrafitiləri ilə ləkələnmiş, anbar kimi istifadə edilmişdi. "Türklərə və müsəlmanlara zərər vermək istədilər",- deyə Həsənov əlavə etdi.

Erməniləri şəhərə qaytarmaq haqqında düşünüləcəkmi sualına o qısa cavab verdi: "Xeyr".

Ən başlıcası, cənab Namazəliyevi şəhərin və onun irsinin məqsədyönlü şəkildə dağıdılması narahat edir. Qəzet və mətbəə yoxa çıxıb, kino və mədəniyyət mərkəzi yox olub, mərkəzi Ələkbər məscidi dağıdılıb. Gözəl üzümlüklər kökündən qoparılıb və toz olub.

"Hətta Füzulinin torpağına ziyan vurdular",- deyə Namazəliyev qeyd etdi. Azərbaycan rəsmiləri, ərazilərində yaşayan ermənilərə güzəşt və bərabər status təklif edəcəklərini vəd etdilər, lakin bunun praktikada baş verdiyinə az adam inanır.

Ermənilər, xristian olduqları üçün azərbaycanlıların onlarla düşmən olduqlarına inanırlar və 1915-ci ildə onlara qarşı soyqırım törətdiyini inkar edən Türkiyə ilə Azərbaycanın müttəfiq olmasından qorxurlar. Ermənistanın ilk prezidentinin keçmiş müşaviri və Miçiqan(Michigan) Universitetinin keçmiş tarixçi professoru Gerard Libaridiyan "Ermənilərin Azərbaycanın hakimiyyəti altında yaşamaq istəmələri üçün bir səbəbi yoxdur", - dedi. "Bu, hökmranlıq olardı. Bu, bir idarəetmə olmazdı". Bölgənin Azərbaycanın bir hissəsi olduğu barədə beynəlxalq razılığa baxmayaraq, bir çox erməni, Dağlıq Qarabağın müstəqil bir ölkə kimi tanınması üçün mübarizələrini davam etdirəcəklərini söyləyir.

Azərbaycan əsgərləri şəhərin yeganə sağlam qalan binası olan məsciddə namaz qılır.

Azərbaycan əsgərləri şəhərin yeganə sağlam qalan binası olan məsciddə namaz qılır.

Mənbə: Ivor Prickett "Nyu York Tayms”

26 il Ermənistanın nəzarətində olar Füzuli şəhəri dağıntı içərisində və meşə basıb.

26 il Ermənistanın nəzarətində olar Füzuli şəhəri dağıntı içərisində və meşə basıb.

Mənbə: Ivor Prickett "Nyu York Tayms”

Ədalətdən necə danışa bilərik? "- Ermənistanın "Aravot” qəzetinin direktoru, polkovnik Aleksanyanın könüllü dəstəsinin üzvü Garik Melkonyan, Azərbaycanla barışmaq fikrindən imtina edir. "Tarix göstərir ki, bizə heç nə verə bilməzlər "- o əlavə etdi. Bəzi ermənilər indi etiraf edirlər ki, onilliklərdir pozulan və səmərəsiz sülh danışıqları nəticəsində qalıcı sülh yaratmaq fürsəti əldən çıxıb. Vasitəçilər ən azından azərbaycanlıların Ağdam və Füzuli kimi bəzi ucqar ərazilərə qaytarılmasına imkan yaratmağa çalışdılar.

Ancaq Ermənistan, onları Dağlıq Qarabağın müstəqilliyi və ya suverenliyi üçün bir alış-veriş qaynağı olaraq görərək, illərlə onlara sadiq qaldı. Azərbaycan öndərləri bu barədə düşünürdülər, amma sonda Dağlıq Qarabağın azad olunması barədə razılığa gələ bilmədilər. Azərbaycanlıların etirazına tuş gəlmələri və bütün işğal olunmuş ərazilərin haqlı olaraq Ermənistana məxsus olmasına dair dünyanın hər yerindən gələn erməni siyasətçilərinin və fəallarının mövqelərinin getdikcə artması işləri dalana dirədi. Baş nazir Nikol Paşinyan 2019-cu ilin avqustunda Ermənistanda Artsax adlanan Dağlıq Qarabağı ziyarət edərkən və "Artsax Ermənistandır" deyərək, maksimalist yanaşma ilə açıq şəkildə bildirdi. Bu illər ərzində, erməni diasporu üzvləri tərəfindən maliyyələşdirilən fondlar, erməniləri Azərbaycanın işğal altındakı Dağlıq Qarabağın mərkəzindən kənar ərazilərdə məskunlaşmağa məcbur etdilər və buraların Ermənistanın qanuni əraziləri olduğunu iddia etdilər.

Böyük Britaniyanın Erməni Kilsəsinin yepiskopu Yepiskop Hovakim Manukyan, Xak kəndindəki kilsədəki vida xütbəsində və ya Minkənddəki vida xütbəsində "5000 ildir bu yerdə yaşayırıq və buradan yalnız müvəqqəti ayrılırıq. Geri dönməliyik. Geri dönüb torpağımızı almalıyıq",- dedi. Kilsədəki xatirə lövhəsində, bölgədəki erməni əhalisini məhv edən türklər və kürdlərin yüz illərdən bəri davam edən talan və qırğınları təsvir olunur. Kilsənin təmiri Nyu-Yorkda yaşayan hüquqşünas Virginia Davis tərəfindən Erməni Soyqırımından xilas olan nənəsinin xatirəsinə hazırlanıb. Keçən ay kilsədə vida xütbəsində Xanım Devis "Başımıza gələnlərə inana bilmirik - və biz dünyadakı bütün ermənilər üçün varıq",- dedi.

"Tarixi torpaqlarımızı tərk etməyəcəyik",- deyə əlavə etdi. Bununla birlikdə, kəndin ətrafındakı xarabalıqlardan və yol boyunca kilometrlərlə dağ yamacına səpələnmiş evlərin qalıqlarından az danışıldı. Azərbaycanlıların buraya, vətənə qayıtmaq istəyi - müharibə demək olsa da, - uzun müddət ölkə siyasətinin əsas qüvvəsi olmuşdur.

Erməni əsgəri noyabrda ön cəbhədəki xəndəkdə yeriyərkən

Erməni əsgəri noyabrda ön cəbhədəki xəndəkdə yeriyərkən

Mənbə: Mauricio Lima Nyu York Tayms

Dağlıq Qarabağda raketatan.

Dağlıq Qarabağda raketatan.

Mənbə: Mauricio Lima Nyu York Tayms

İndi Dağlıq Qarabağda və son vaxtlara qədər Ermənistanın nəzarətində olan ərazilərdə görülən bu xarabalıqlar, azərbaycanlıların son üç onillikdə zərər verildiyinə və baxımsızlıq olduğuna görə qonşularına qarşı yeni bir qəzəb dalğası yaranmasına səbəb ola bilər.

Bir çox azərbaycanlı Dağlıq Qarabağda qalan erməniləri və hətta onları qorumaq üçün rus sülhməramlılarını qəbul etməyə hazır olduqlarını söyləyirlər. Lakin ərazi suverenliyində israr edirlər və Ermənistanın ümumi mövqeyini dəyişdirmək istəyirlər.

"Niyə döyüşməli, silah almalı və bir-birimizi öldürməliyik?" - 9 yaşında Şuşadakı evini tərk edən Teymur Hacıyev ermənilərdən danışarkən deyir: "Bunun həqiqətən onlar üçün yaxşı bir dərs olmasını istəyirik. Bəlkə arzularından əl çəkərlər”.

Dağlıq Qarabağın paytaxtı Stepanakertdə (Xankəndi), dumanlı bir səhər

Dağlıq Qarabağın paytaxtı Stepanakertdə (Xankəndi), dumanlı bir səhər

Mənbə: Mauricio Lima "Nyu York Tayms”

Altı həftəlik müharibədə atəş nəticəsində zərər görən Stepanakert (Xankəndi) bazarı.

Altı həftəlik müharibədə atəş nəticəsində zərər görən Stepanakert (Xankəndi) bazarı.

Mənbə: Mauricio Lima "Nyu York Tayms”

Füzulidə, 1990-cı illər müharibəsindən sonra Ermənistanın iddia etdiyi ərazilərdə baxımsız bir qəbiristanlıq.

Füzulidə, 1990-cı illər müharibəsindən sonra Ermənistanın iddia etdiyi ərazilərdə baxımsız bir qəbiristanlıq.

Mənbə: Ivor Prickett "Nyu York Tayms”

Füzuli bölgəsindəki tərk edilmiş bir erməni bazası.

Füzuli bölgəsindəki tərk edilmiş bir erməni bazası.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ