www.DOGRU.tv - Onlayn Televiziya » Ana Səhifə » Müxalif siyasətçi nazirə müraciət etdi

Müxalif siyasətçi nazirə müraciət etdi

Bölmə: Ana Səhifə, Cəmiyyət, manset2
“Daxili işlər naziri cənab Ramil Usubovdan xahiş edirəm ki, qanunsuz olaraq hüquq-mühafizə orqanlarının məni və ailə üzvlərmi təqib etməsinin qarşısını alsın”.

Polis əməkdaşlarının onu təhdid etdiyini bildirən Azərbaycan Milli İstiqlal Partiyası rəhbərlərindən Əli Orucov belə yazıb.

Siyasətçi bu gün, iyunun 3-də oğlunun və özünün poli səməkdaşlarının təzyiqinə məruz qaldığını bildirib.

“ Saat 12:53-də özünü Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin cinayət-axtarış şöbəsinin əməkdaşıkimi təqdim edən şəxs mənə zəng etdi. Heç bir səbəb açıqlamadan tələb etdi ki, yarım saat ərzində polis bölməsinə gedim. Əks təqdirdə zorla gətirəcəklərini söylədi”, deyən Ə.Orucov həmin polisin daha öncə 13 yaşlı oğluna zəng edib qorxutduğunu ifadə edib.

“13 yaşlı oğlumdan mənim telefon nömrəmi tələb edib, onu narahat edib, qorxudub. Halbuki, nə mənim nə də uşaqlarımın həmin əraziyə heç bir aidiyyatımız yoxdur”, deyən siyasətçi baş verən olayı özünə və ailəsinə təzyiq olaraq qiymətləndirdiyini vurğulayıb.

Suraxanı rayon Polis İdarəsindən və Daxili İşlər Nazirliyindən müxalif siyasətçinin bildirdiklərinə, hələlik, münasibət almaq mümkün olmayıb.

Azadlıq Radiosu