www.DOGRU.tv - Onlayn Televiziya » Ana Səhifə » Rusiya Dağıstan prezidentinin istefasını istəyir. VİDEO

Rusiya Dağıstan prezidentinin istefasını istəyir. VİDEO

Bölmə: Ana Səhifə, Dünya, Xəbər Lenti
Ayın 22-də Rusiyanın paytaxtında keçirilən “Dağıstanı Rusiya konstitusiyasına qaytaraq” adlı vətəndaş forumunda tədbir iştirakçıları prezident Ramazan Abdullatipovun istefaya getməyini tələb edən şüarlar səsləndiriblər.
Jurnalistlərin, partiya təmsilçilərinin və ictimai fəalların qatıldığı tədbiri Rusiya Prezidenti Yanında İnsan Haqqları Komissiyasının üzvü Maksim Şevçenko aparıb. Komissiya üzvü çıxış edərək Dağıstan prezidentinin vəzifəsindən kənarlaşdırmağın zamanının çatdığını söyləyib.
İki saat yarımlıq tədbirdə respublikanın iqdisadi, siyasi, sosial problemləri müzakirə olunub. Həmçinin hakimiyyət orqanlarının “gün-gündən varlandığı” halda, xalqın izə güzəranının pisləşdiyi vurğulanıb.