SON DƏQİQƏ

Ötən il cinayət törədən şəxslərin STATİSTİKASI

Tarix:26-08-2020, 13:00

Azərbaycanda 2019-cu ildə cinayət törədən şəxslərin sosial-demoqrafik əlamətlərinə görə bölgüsü açıqlanıb.
DOGRU.TV  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il 17 min 823 nəfər cinayət törədən şəxs qeydə alınıb.

Belə ki, həmin şəxslərin 10 min 408 nəfəri əmək qabiliyyətli, işləməyən və oxumayan şəxslər olub. 

Cinayət törədən şəxslərin 1160 nəfəri fəhlə, 606 nəfəri qulluqçu, 168 nəfəri kənd təsərrüfatı işçisi, 274 nəfəri sahibkarlıq fəaliyyəti ilə məşğul olan, 55 nəfəri maliyyə-kredit və bank işçisi, 13 nəfəri dövlət idarəçiliyi sisteminin əməkdaşı, 95 nəfəri tələbə, 5044 nəfəri isə digər məşğulluq növləri üzrə çalışan şəxslər olublar. 

Ötən il qeydə alınan 17 min 823 cinayət törədən şəxsin 16 min 784 nəfərini kişilər, 1039 nəfərini isə qadınlar təşkil edib. 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ