www.DOGRU.tv - Onlayn Televiziya » Hadisə » “Maqa” məşhur falçının qızı ilə gələn ay evlənəcəkdi amma toy bir ay təxirə salınıb

“Maqa” məşhur falçının qızı ilə gələn ay evlənəcəkdi amma toy bir ay təxirə salınıb

Bölmə: Hadisə, Araşdırma
“Maqa” məşhur falçının qızı ilə gələn ay evlənəcəkdi amma toy bir ay təxirə salınıb
Müğənni Nuri Sərinləndirici “Maqa” ləqəbli Mirməhəmməd İsmayılovun avqustun 27-nə təyin olunan toyunun təxirə salındığını təsdiq edib.

Bu barədə AzNews.az-a müğənniyə yaxın mənbə məlumat verib. Toyla əlaqədar Nuri Sərinləndiriciyə beh üçün verilən pul bu gün ondan geri alınıb:

“Toy mərasimi avqustun 27-nə təyin olunmuşdu. Həmin toyu Nuri Sərinləndirici oxumalı idi. Sadəcə məlum məsələlərə görə, toy bir ay təxirə salınıb. Ona bu haqda məlumat verdilər. Allah bütün gəncləri xoşbəxt eləsin, Nuri də Bakıya gəlsin”.

Sosial şəbəkədə Diana Talışinskaya adlı izləyici Mirməhəmməd İsmayılovun həbs edilmədiyi və avqust ayının 12-si qız, 17-si isə oğlan toyu olacağı haqda məlumat yazmışdı. Ondan bir az sonra isə Diana Talışinskaya yazdığı məlumatı səhifəsindən silib. DİN açıqlama yayaraq yayılan məlumatın həqiqəti əks etdirmədiyini qeyd edib. Onu da bildirək ki, Mirməhəmməd İsmayılov Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur.
Avqustun 3-də Heydər Əliyev prospektində baş vermiş dəhşətli qəzada Nail Allahverdiyevlə ötüşən, 30 sutka inzibati həbs cəzası alan "Maqa" ləqəbli Mirməhəmməd İsmayılov barədə yeni məlumatlar ortaya çıxıb.

PrimeTime.Az xəbər verir ki, avqustun 27-si "Neolit Hall"da toyu planlaşdırılan "Maqa"nın qayınanası Bakıda fəaliyyət göstərən məşhur falçılardan biridir. İddialara görə, "Maqa" anasını həmin falçının yanına apararkən onun 23 yaşlı qızı ilə tanış olub. Toya hazırlaşan cütlük mərasimin idarə olunmasını müğənni Nuri Sərinləndiriciyə həvalə edib. Lakin məlum hadisələrə görə bu gün oğlan tərəfi müğənniyə verilmiş behi geri alıb. Toyun gələn aya planlaşdırıldığı da məlumatlar arasındadır.