www.DOGRU.tv - Onlayn Televiziya » Hadisə » Xızıda maşın aşdı: ölən və yaralananlar var


Xızıda maşın aşdı: ölən və yaralananlar var

Bölmə: Hadisə
Xızıda maşın aşdı: ölən və yaralananlar var
Xızı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Martın 10-da saat 21 radələrində Xızı rayonu Tıxlı kəndinin ərazisində Salyan şəhər sakini Müslüm Hüseynov idarə etdiyi "VAZ-2106" markalı avtomobili aşırıb.

M.Hüseynov hadisə yerində ölüb. Onun sərnişinləri - Abşeron rayon sakini Fəxri Tağıyev, Ruslan Həşimov və Sumqayıt şəhər sakini Ramil Rzayev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.