SON DƏQİQƏ

Namus üstündə gəlinini öldürənin cəzası ağırlaşdırıldı - mərhumun atasının şiakyəti ilə

Tarix:6-01-2018, 00:02

Namus üstündə gəlinini öldürən şəxsin cəzası ağırlaşdırılıb. Apellyasiya Məhkəməsi onun cəzasını azaltsa da Ali Məhkəmə qərarı dəyişdirib. 

Musavat.com xəbər verir ki, Məlikməmməd Adıgözəlov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli hökmü ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. 

O, Xaçmaz rayonu, Uzun-oba kənd sakini olan M.Adıgözəlov keçmiş gəlini Rəmziyyə Abdurahmanovanı xüsüsi amansızlıqla qəsdən öldürmədə təqsirləndirilib.

Bu qərardan narazı qalan M.Adıgözəlov Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdi. Hakim Fərmayıl Zeynallının sədrliyi ilə qətl törətməkdə təqsirləndirilən 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlovun apellyasiya şikayəti təmin edilərək onun cəzası 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilərək 12 il cəza təyin edilmişdi.

Sumqayıt Apellyasiya Məhkəməsinin bu qərarından narazı qalan mərhumun atası Qabil Abdurrahmanov Ali Məhkəməyə şikayət edib. Dövlət ittihamçısı da bu qərardan kassasiya protesti verib. 

Ali Məhkəmə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək yenidən işə baxılması üçün qərar çıxarıb. İşə yenidən Apellyasiya Məhkəməsində baxılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin A.Məlikov barəsində çıxardığı 16 il azadlıqdan məhrum edilməsi cəzasını qüvvədə saxlayıb. 

İttihamda yazılır...

İttihama görə , M.Adgözəlov 2016-cı ilin iyulunda yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində evinin həyətində əlindəki yaba ilə mal-qaraya yem verdiyi zaman oğlu Elsevər Adgözəlovdan bir neçə il əvvəl boşanan, lakin məhkəmənin qərarı ilə bir evdə yaşadığı keçmiş gəlini R.Abdurahmanova 9 yaşlı oğlu Muradla evə gəlib.

Keçmiş gəlini taksidən düşüb və həyətin darvazasını döyərək M.Adıgözəlovu təhqir edib. Təhqirə səbəb isə qapının gec açılması olub. M.Adıgözəlov qapını açdıqdan sonra keçmiş gəlini ilə mübahisə etməyə və bir-birlərini təhqir etməyə başlayıblar. 

Mübahisənin davamında M.Adıgözəlov keçmiş gəlinin başına yaba ilə bir neçə dəfə vuraraq yerə yıxıb və iki əli ilə onu boğaraq öldürüb.

M.Adıgözəlov apellyasiya şikayəti verərək keçmiş gəlinini xüsusi amansızlıqla və nəvəsinin gözü qarşısında öldürmədiyini bildirərək cəzasının azaldılmasını xahiş edib.

M.Adıgözəlov ifadəsində deyib ki, keçmiş gəlini oğlundan rəsmi surətdə boşandıqdan sonra əxlaqsız həyat tərzi keçirməklə ailəsinin nüfuzuna xələl gətirib, nəvələrini döyüb incitməklə ona mənəvi əzab verib, ailəsinin ünvanına tez-tez nalayiq söyüşlər işlədib.

M.Adıgözəlov ifadəsində deyib ki, arvadı, oğlu və yeni gəlini ilə birlikdə kənddəki evlərində yaşayıblar. Keçmiş gəlini də eyni evdə bir otaqda yaşayırmış. Oğlu ilə keçmiş gəlinin nikahından 3 uşaqları olub.

"2001-də evlənmişdilər. Rəmziyə əxlaqsız hərəkətlər etdiyi üçün oğlumla aralarında münaqişə başladı. 2009-da Elsevər Rəmziyyəni öz evində başqa kişi ilə münasibətdə olanda tutdu və boşandılar. Məhkəmə uşaqlar körpə olduğu üçün mənim evində yaşamaları ilə bağlı qərar verdi. Amma o, yenə də əxlaqsız hərəkətlərindən əl çəkmədi. Onun pozğun həyat tərzi bütün kəndə bəlli oldu.

Uşaqlar məktəbə gedəndə sinif yoldaşaları onları lağa qoyaraq analarının əxlaqsız olduğunu deyirdilər”- deyən M.Adığözəlov ifadəsində bildirib.

Qətl baş verən günü yaşananları danışan M.Adıgözəlov bunları deyib:

"Həmin gün Rəmziyyə darvazanı döyüb itələməyə başladı. Dayan açıram dedim. "Evində fahişə saxlayan, tez ol, aç qapını” deyib qışqırdı. Məni təhqir eləməyə başladı. Bu söyüşlərdən qəzəblənərək başına yaba ilə vurdum. Ayağa qalxıb yenə məni söyərək küçəyə qaçdı. Arxasınca gedərək ikinci dəfə başından vurdum. Qaçmağa davam elədi. Çatıb bir də vuranda yaba qırıldı. İki əlimlə tutaraq boğmağa başladım. Sonra qonşular polisə xəbər verdi”.скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ