SON DƏQİQƏ

Yeni 1№-li “vor v zakone” elan olundu

Tarix:29-12-2017, 20:37

"1 № li  Vor v zakone”  Zaxariya Kalaşovun ( Şakro Molodoy) yerinə başqa biri taclandırılıb. Bu günlərdə "1№-li vor v zakone”nin mənzil qərargahında yeni sahib peyda olub. 

Bu " zakonnik” Vasili Xristoforovdur ( Vaska Voskres). Amma, hələ məlum deyil ki, o " bütün bossların bosu” vəzifəsinin müvəqqəti icraçısı olacaq, yoxsa Şakro yenə öz tituluna qayıdacaq .

Vaska Voskresi daim başqa bir "vor v zakone” Merab Qoqiya müşayət edir.

Şakro Moldoyun hal-hazırda məhkəməsi gedir.Oğru qanunlarına görə uzunmüddətli həbsi gözlənilən şəxs 1№-li titula sahib ola bilməz. Ona görə Vaska Voskresin namizədliyi hələ ki, mübahisə doğurmur.
 Bu yerə iddiası olan bir neçə nüfuzlu "zakonnik”lər də var. Onlardan biri Eduard Asatryandır( Osetrina) Amma, bu yaxınlarda o Donbası özünə prioritet hesab edib və ordakı  "poljeniyaya” Osetrina nəzarət edir.


1№-li titula yeni azad olmuş "zakonnik” Nadir Səlifov ( Lotu Quli) da ambisiyasını gizlətmir. O indi Türkiyədə güclü mafioz dəstə formalaşdırır. Quli danışıqlarda qeyri-standart  formadan istifadə edir. O həmsöhbətlərinə deyir ki, oğru dünyasına heç bir yeni "kral” lazım deyil, o da başqa "zakonnik”lərlə bərabər qardaş kimi davranmalıdır. Görünür Səlifov "ən böyük qardaş olmaq istəyir”-Rosbalt belə yazır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ