SON DƏQİQƏ

“Tik-tok”da narkotik vasitələrin qəbulunu təbliğ edən “Maya” və “Banu” saxlanıldı

Tarix:24-07-2020, 17:26

"Tik-tok” sosial şəbəkəsində müxtəlif profillər açaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan və buna görə guya polis əməkdaşlarının onları cəzalandırmadığını bildirən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi, Səbail Rayon Polis İdarəsinin 39-cu və Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölmələrinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər –  sosial şəbəkələrdə "Maya” və "Banu” adları ilə qeydiyyatdan keçən Murad Kərimov və Həbib Şahniyarov saxlanılıblar. Həmin şəxslər ifadələrində qeyd edilən sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliğ etdiklərini etiraf ediblər.

Murad Kərimov və Həbib Şahniyarov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb və onlar inzibati qaydada cəzalandırılıblar.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ