www.DOGRU.tv - Onlayn Televiziya » Hadisə » İki ölkə bir-birinə düşmən kəsildi - "Seks köləsi"nə görə


İki ölkə bir-birinə düşmən kəsildi - "Seks köləsi"nə görə

Bölmə: Hadisə
İki ölkə bir-birinə düşmən kəsildi  - "Seks köləsi"nə görə
Səbəb isə Cənubi Koreyada, Yaponiyanın Busandakı konsulluğunun qarşısında İkinci Dünya Müharibəsində seks köləsi kimi istifadə edilən qadınları anmaq məqsədilə ucaldılmış heykəldir.
Bu heykələ görə Yaponiya paytaxı Seuldakı səfirini və Busan şəhərindəki konsulunu müvəqqəti olaraq geri çağırıb. Tokio rəhbərliyi həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün aparılan danışıqları da dondurub.

Cənubi Koreyada Yapon əsgərlərinin seks köləsi kimi istifadə etdiyi Cənubi Koreyalı qadınlar məsələsində iki ölkə arasında bağlanmış müqaviləyə etiraz etmək məqsədilə özünü yandıran 64 yaşlı Buddist rahib isə həyatını itirib. Cənubi Koreyanın baş naziri isə 64 yaşlı keşiş Ven Jungvonun çoxlu orqan çatışmazlığı səbəbindən öldüyünü açıqlayıb.

Ölkədə bazar günü keçirilən hökumət əleyhinə aksiyalarda özünü yandıran keşişin hadisə yerində buraxdığı qeyddə Cənubi Koreya prezidentinin cəzalandırılması və iki ölkə arasındakı müqavilənin ləğv edilməsinə dair tələbləri, həmçinin "Xahiş Edirəm ölümümü dəyərsizləşdirməyin" ifadəsi yer alıb.

Seks kölesi heykeli iki ülkeyi gerdi


Yaponiyanın baş naziri Şinzo Abe həftə sonu bir televiziya kanalına verdiyi müsahibədə məsələ ilə bağlı keçən il iki ölkə arasında bağlanan müqaviləni xatırladaraq Cənubi Koreyanı bu müqaviləyə hörmətlə yanaşma çağırışı etmişdi.

Tokio və Seul rəhbərlikləri arasında uzun müddət davam edən danışıqlardan sonra 2015-ci ilin dekabrında bağlanan anlaşma çərçivəsində keçmişdə qul edilən qadınların terapiyası və maddi ehtiyaclarının ödənilməsinə yönəldilmiş layihələr təşkil etməsi məqsədi ilə Seulda bir fond yaradılmışdı. Müharibə illərində Yapon əsgərlər tərəfindən qul kimi istifadə edilən Cənubi Koreyalı qadınlardan çox azı sağ qalıb. Fonddakı pul Cənubi Koreya hökumətinin müəyyən etdiyi 238 qadından həyatda olan 40 qadının və qalanlarının ailələri arasında bölüşdürüləcək.

Xatırladaq ki, 1910-1945-ci illərdə Koreya, Filippin, Tayvan və digər Asiya ölkələrindən təxminən 200 min qadın Koreya yarımadasını işğal edən Yapon əsgərləri tərəfindən cinsi əlaqəyə məcbur edilmişdi.