www.DOGRU.tv - Onlayn Televiziya » Hadisə » Məşhur əyləncə mərkəzində güllələnən azərbaycanlı xanım (FOTO)

Məşhur əyləncə mərkəzində güllələnən azərbaycanlı xanım (FOTO)

Bölmə: Hadisə
Məşhur əyləncə mərkəzində güllələnən azərbaycanlı xanım (FOTO)
Nuranə Həsənovanın meyiti İstanbuldan Bakıya göndəriləcək

İstanbulda Reina əyləncə mərkəzində terror aktının qurbanı olan azərbaycanlı Nuranə Həsənovanın fotosu yayılıb.

İstiPress-in məlumatına görə, Rusiya vətəndaşlığı daşıyan Nuranə Həsənovanın fotoları onun tanışları paylaşıb, bu xəbərdən sarsıldıqlarını ifadə ediblər.

Nuranə Həsənova Rusiya vətəndaşıdır, amma uzun illərdi Azərbaycanda qalırdı, məhz bu səbəbdən cənazə Bakıya göndəriləcək.

İstanbulda Reina əyləncə mərkəzinə silahlı basqın yeni gecəsi baş verib. Avtomatla klubun polis mühafizəçisini öldürən terrorçu içəri daxil olduqdan sonra 700 nəfər çox insana atəş açmağa başlayıb.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, silahlı basqın nəticəsində 39 nəfər həyatını itirib, 69 nəfər isə yaralanıb.

“Reuters” agentliyinin məlumatına görə, terror aktının məsuliyyətini İŞİD terrorçu qruplaşması öz üzərinə götürüb.