www.DOGRU.tv - Onlayn Televiziya » Hadisə » 22 yaşlı Qusar rayon sakini həyat yoldaşını zorlayıb

22 yaşlı Qusar rayon sakini həyat yoldaşını zorlayıb

Bölmə: Hadisə
22 yaşlı Qusar rayon sakini həyat yoldaşını zorlayıb
Azərbaycanda gənc oğlan öz arvadını zorlayıb. Hadisə Qusar rayonunda baş verib.

Məlumata görə, rayon sakini 1996-ci il təvəllüdlü S.P. rayon prokuroroluğuna müraciət edərək həyat yoldaşı 1994-cü il təvəllüdlü S.M. tərəfindən işgəncələrə məruz qaldığını bildirib.

Qadın izahatında ərinin onu daim olaraq döydüyünü, zorla saçını kəsdiyini, bədənində siqaret kötüyü söndürdüyünü və onunla mütəmadi olaraq məcburən qeyri-təbii yolla cinsi əlaqədə olduğunu qeyd edib.

Faktla bağlı prokurorluqda araşdırma aparılır. (“Report”)