www.DOGRU.tv - Onlayn Televiziya » Hadisə » Azərbaycandan 20 min dollar çıxararkən - Aeroportda saxlanıldı


Azərbaycandan 20 min dollar çıxararkən - Aeroportda saxlanıldı

Bölmə: Hadisə
Azərbaycandan 20 min dollar çıxararkən - Aeroportda saxlanıldı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar.
Bakı-İstanbul aviareysilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşı mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı əvvəlcədən gömrük orqanına təqdim etməyib.

Lakin həmin şəxsin əl çantası və üst geyimi rentgen aparatından keçirilərkən monitorda pul əskinaslarına bənzər təsvirlər görünüb.

Təkrar yoxlama nəticəsində vətəndaşın çantasından və gödəkçəsinin cibindən 20.300 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.