www.DOGRU.tv - Onlayn Televiziya » Hadisə » Qar Quba-Xaçmaz yolunda 10-dan çox qəzaya səbəb oldu

Qar Quba-Xaçmaz yolunda 10-dan çox qəzaya səbəb oldu

Bölmə: Hadisə
Qar Quba-Xaçmaz yolunda 10-dan çox qəzaya səbəb oldu
Havanın kəskin pisləşməsi və qarın yağması Quba-Xaçmaz yolunda 10-dan çox avtomobil qəzasına səbəb olub. Modern.az saytı xəbər verir ki, “Report”un məlumatına görə, qəzalar günün ikinci yarısından sonra, yolun buz bağlaması nəticəsində qeydə alınıb.

Qəza zamanı ciddi xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. Qəzaların əksəriyyəti zəncirvari olub. Ən çox qəza Quba-Xaçmaz yolunun Zərdabi və Alekseyevka ərazilərindən keçən hissəsində qeydə alınıb. Burada çinar ağacları yola yaxın olduğundan, yoldan çıxan maşınlar ağaclara dəyərək qəza törədiblər.

Quba rayon Polis şöbəsindən sürücülərə bununla bağlı xəbərdarlıq edildiyi bildirilib:

“Sürücülərə diqqətli olmaları, mümkün qədər əyləc sistemindən az istifadə etmələri və nasaz avtomobil ilə yola çıxmamaları tövsiyə olunur”.