www.DOGRU.tv - Onlayn Televiziya » Hadisə » Eldar Mahmudovun daha bir agenti həbs olundu


Eldar Mahmudovun daha bir agenti həbs olundu

Bölmə: Hadisə
Eldar Mahmudovun daha bir agenti həbs olundu
Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları “Cəmiyyət” qəzetinin baş redaktoru Asəf Novruzovu saxlayıblar.

APA-nın xəbərinə görə, Novruzovun saxlanılması keçmiş MTN başçısı Eldar Mahmudovun cinayətkar dəstəsinə daxil olmuş “reket jurlanislər”ə qarşı miqyaslı mübarizənin bir hissəsidir.

Məlumata görə, Asəf Novruzov “Azərbaycan” nəşriyyatının binasında tutulub.

Xatırladaq ki, bu gün daha öncə “Gündəlik Bakı” qəzetinin baş redaktoru Qabil Vəliyev tutulmuşdu.

Reketçilər özlərini jurnalist kimi qələmə verərək, iş adamlarını, məmurları, müxtəlif dövlət idarələrinin əməkdaşlarını ifşaedici materialların yayılması ilə şantaj edirdilər.