SON DƏQİQƏ

İçində 100 min olan seyfi oğurlayanlar tutuldu

Tarix:15-12-2017, 15:12

Dekabrın 13-də Bakı şəhər sakini İlqar Həziyevin Albalılıq yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evinin dəmir barmaqlıqlarını qıraraq mənzildən  içərisində 100.000 manat olan seyf oğurlanıb.

 Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər RPİ əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayətin Xəzər rayon sakinləri Bayram Əsgərov və Heydərəli Hacıyev tərəfindən törədildiyi müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər. 

Cinayəti törətməkdə şübhəli bilinən şəxslərin üzərlərindən və yaşadıqları evlərdən oğurladıqları pullar aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Xəzər RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ