SON DƏQİQƏ

Bakıda kişi bir ay uşağa təcavüz etdi

Tarix:11-06-2020, 13:22

Bakı şəhəri, Yasamal Rayon 28-ci Polis Bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyunun 10-da pedofillikdə şübhəli bilinən paytaxt sakini, 1980-ci il təvəllüdlü G.C.-ni saxlayıblar.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından bildirilib.

Məlum olub ki, bir qadın doqquz yaşlı oğlunun təcavüz qurbanı olduğu iddiası ilə polisə müraciət edib.

Şikayətçinin sözlərinə görə, Qanlıgöl qəsəbəsi ərazisində G.C. bir ay oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Həmin şəxs saxlanılıb və Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə ittiham olunur.

Faktla bağlı araşdırma davam edir.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ