www.DOGRU.tv - Onlayn Televiziya » Hadisə » Döyüş meydanından meyit çıxaran ermənilərin videosu yayılıb


Döyüş meydanından meyit çıxaran ermənilərin videosu yayılıb

Bölmə: Hadisə
Döyüş meydanından meyit çıxaran ermənilərin videosu yayılıb
Bütünlükdə 18 erməni hərbi qulluqçusunun meyiti aparılıb.

Ermənistan mediasında cəbhə xəttində baş verən toqquşmalardan sonra döyüş meydanında qalan əsgərlərin meyidlərinin mübadiləsinin videosu yayılıb. ANS PRESS-in Hetq.am saytına istinadla verdiyi məlumata görə, video 6 aprel tarixinə aiddir.

Xəbərdə bildirilir ki, əsgərlərin meyidlərinin mübadiləsi Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin iştirakı ilə həyata keçirilir.


Azərbaycan – Ermənistan təmas xəttində aprelin 2-də başlayan gərginlik 5-nə qədər davam etdi. Aprelin 5-də əldə edilən qarşılıqlı atəşkəsdən sonra döyüş meydanında qalan əsgərlərin götürülməsi prosesi başlayıb.

Bu günə kimi “hamının-hamıya” prinsipi əsas götürülərək beynəlxalq vasitəçilərin iştirakı ilə qarşı tərəfə 18 erməni hərbi qulluqçusunun meyiti təhvil verilib.

Ermənistanın təxribatına qarşı həyata keçirilən cavab tədbirləri nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Dörd günlük döyüş əməliyyatları zamanı Ermənistan tərəfinin onlarla tankı, o cümlədən çox sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib. Azərbaycan Ordusu da əməliyyatlarda şəhid verib.