SON DƏQİQƏ

icra başçısı vəzifəsini 10 milyona "satmaq" istəyənlər yaxalandı...-FOTO

Tarix:22-01-2020, 13:29

3 nəfər dələduz Dağıstan Respublikası şəhərlərindən birinin başçısı vəzifəsini "satmağ"a cəhd edərkən yaxalanıb.

bu haqda məlumatı Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk yayıb.  

Məlumata görə, DİN-in regional qurumuna müraciət edən  bir vətəndaş tanışlarından birinin iki "etibarlı” adamı ilə birgə ondan şəhərlərdən birinin mer vəzifəsinə rüşvət hesabına təyinat almasına yardımçı olmağı təklif edib. Operativ əməliyyat-axtarış tədbirləri nəticəsində  özlərini güc strukturlarından birinin nümayəndələri kimi təqdim edərək mer vəzifəsinə təyin etdirməyi vəd etdikləri şəxsdən 10 milyon rubl(təxm. 162 min dollar) rüşvət almaq istəyən şəxslər iş başında müvafiq qurum əməkdaşları tərəfindən ələ keçirilib. Həmin şəxslərin üzərində travmatik tapança, tapança formalı aerozol vasitəsi və s. aşkar edilib. Şəxslərdən birinin cibində guya  Stavropol diyarının məhkəmə hakiminə məxsus olan saxta xidməti vəsiqə də tapılıb.  

Dələduzlar barəsində müvafiq maddələrlə cinayət işi qaldırılıb.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ