SON DƏQİQƏ

Azərbaycanda yol müharibələri: bir həftəyə 27 ölü, 53 yaralı...

Tarix:12-12-2017, 15:39

Azərbaycanda son günlər ölümlə nəticələnən yol-qəza hadisələrinin sayı kəskin şəkildə artıb. Daxili İşlər Nazirliyinin istirahət günlərinə açıqladığı rəsmi statistikaya görə, respublika ərazisində 17 qəza hadisəsi qeydə alınıb. İki gündə 12 nəfər ölüb, 17 nəfər yaralanıb.

Döyüş meydanını xatırladan ölkə yolları ilə bağlı dəfələrlə yazsaq da, bu statistika bizi ötən həftənin yol qəzaları ilə bağlı acı mənzərəsini bir daha gözdən keçirməyə məcbur etdi. Virtualaz.org xəbər verir ki, təkcə mətbuatda işıqlandırılan məlumatlara görə, ötən həftə yollarda 40-dan çox qəza hadisəsi baş verib. Nəticədə 27 nəfər ölüb, 53 nəfər xəsarət alıb.

Bu qətliam kimi qəzalar artıq adiləşdiyi üçün onları yaradan səbəblər barədə geniş təhlil aparılmır. Lakin yol hərəkəti üzrə ekspertlərin mövqeyi belədir ki, ağır qəzaların əksəriyyəti sutkanın qaranlıq vaxtlarında, işıqlandırılmayan yollarda və yağışlı-çiskinli havalarda baş verir. Bunun da əsas səbəbi kimi görünür sürücülərin peşəkarlığının aşağı olmasını nəzərə almaq lazımdır. Çünki sürücülər sürət rejimini yollarda yaranmış situasiyaya uyğun seçə bilmir, yaxud lüzumsuz ötmə əməliyyatları yerinə yetirir və sürət həddini aşırlar. 

Avtomobillərin toqquşması ilə baş verən yol qəzaları ilə bərabər Bakıda və regionlarda az qala hər gün piyadaların vurulması hadisələri də qeydə alınır. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin virtualaz.org-a bildirdiyinə görə, belə hadisələr əksər hallarda səkidə və ya piyada keçidində deyil, yolun hərəkət hissəsində baş verir: "Piyadaların vurulmasında ən çox piyadaların özlərinin təqsiri var. Əsas piyada qəzalarına piyadaların yolların onlar üçün təyin olunmayan yerlərindən keçməsi ilə bağlıdır. Sözsüz ki, yolların işıqlandırılmaması da burada müəyyən qədər rol oynayır”.

K. Əliyev deyir ki, piyada vurulmasının qarşısının alınması üçün ən çox təbliğat-maarifləndirmə işlərinə üstünlük verilir. Amma bununla belə piyadalar həm də inzibati məsuliyyətə də cəlb olunurlar: "Çalışırıq ki, piyadalaramız qayda-qanunlara riayət eləsinlər. Çünki öz təhlükəsizliklərini birinci növbədə özləri təmin etməlidirlər. Yolun onlar üçün müəyyən olunmamış yerlərindən keçmə birinci növbədə onlar üçün təhlükəlidir. Yol polisi tərəfindən maarifləndirmə tədbirləri ilə yanaşı inzibati tədbirlər də görülür. Qaydaları pozmağa görə il ərzində 40 min piyada inzibati məsuliyyətə cəlb olunub. Amma bundan başqa ailələrdə də bu məsələ diqqətdə saxlanılmalıdır. Evdən çıxana "diqqətli o”, "ehtiyatlı ol”, "keçiddən keç” deyilməlidir ki, belə qəzalar baş verməsin”.

Bu ilin 9 ayının yol qəzaları ilə bağlı statistikasına görə, Azərbaycanda 1334 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 554 nəfər ölüb, 1260 nəfər xəsarət alıb. Bu hadisələrdən 302-si piyadaların vurulması ilə bağlıdır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ