www.DOGRU.tv - Onlayn Televiziya » Hadisə » Dənizdən qızının nişanına gələ bilməyən ata


Dənizdən qızının nişanına gələ bilməyən ata

Bölmə: Hadisə
Dənizdən qızının nişanına gələ bilməyən ata
Cavad Xudaverdiyevin 10 yaşlı oğlu onun yolunu gözləyir.

Dekabrın 4-də Xəzər dənizində baş vermiş iki faciədə itkin düşmüş Cavad Xudaverdiyev və Edik Rzaxanovun ailələri onlardan səbrsizlklə xəbər gözləyir. ANS əməkdaşı Aytəkin Alxaslı həmin ailələrdə olub.



Xaçmazın Əbilyataq kənd sakini, 44 yaşlı Cavad Xudaverdiyev dekabrin 4-də Neft Daşlarında baş verən faciəli hadisədən sonra itkin düşən 3 nəfərdən biridir. Onun ailəsi də göz yaşı içində, səbrsizliklə, qapıya baxa-baxa, ümidini üzməyə-üzməyə Cavaddan bir xəbər gözləyir.


Çəkiliş qrupu onun evində olarkən içəridə çoxlu izdiham olub. Nəzərləri çəkiliş qrupuna dikilən hər kəs "Cavaddan bir xəbər varmı?" deyə soruşub. Anası Səmayə, həyat yoldaşı Şəhla,10 yaşlı oğlu Sənanın Cavadı necə gözlədiyini təsəvvür etmək mümkün deyil.




"Balalarıma anlada bilmirəm, balalarıma cavab verə bilmirəm. Xahis edirəm axtarışlar davam etsin. Balamı tapib gətirin, balamı istəyirəm",- deyə anası Səmayə Xudaverdiyeva bildirib. Həyat yoldaşı Şəhla Xudaverdiyeva isə deyir: "Ayin 4-ü saat 11-ə işləmiş zəng elədi. Axırıncı dəfə səsisni onda eşitmişəm, 5 gundur səsinə həsrətəm". Oğlu Sənan Xudaverdiyev də atasını istəyir: "Neylyirsiz eləyin, mənim atamı gətirin. Mən atam üçün darıxmışam".


Cavad Xudaverdiyev Qarabağ döyüşlərində


Axırıncı dəfə kənddə noyabrın 22- də olan Cavad Xudaverdiyev Qarabağ müharibəsi iştirakçısı olub. Ailə dekabrın 19-da Cavadin böyük qızının nişanına hazırlaşırmış.



Xaçmazda dəniz itkisindən xəbər gözləyən daha bir ailə isə Xudat şəhərində yaşayır. Günəşli yatağında baş verən bədbəxt hadisənin qurbanlarından biri də 3 qız atası 32 yaşlı Edik Rzaxanovdur. Edikin atası neçə gündür oğlundan ümidverici xəbər gözləyir.


"Gəlməsə də, gəlsə də balamı mənə təqdim eləsin. Gozləyirəm yenə"- deyə Edik Rzaxanovun atası Rivazin Rzaxanov bildirib.

Hamı ümid edir ki, dəniz sularının yoxa çıxardığı bu iki neftçidən bir xəbər olacaq.