www.DOGRU.tv - Onlayn Televiziya » Hadisə » İcra başçısının maşını cərimə meydançasına aparıldı

İcra başçısının maşını cərimə meydançasına aparıldı

Bölmə: Hadisə, Xəbər Lenti
İcra başçısının maşını cərimə meydançasına aparıldı
Dünən axşam saatlarında Bakıda Dövlət Yol Polisi tərəfindən keçirilən reyd zamanı 10 AA 812 dövlət nömrə nişanlı avtomobil saxlanılıb.

Avtomobilin saxlanılmasına səbəb üzərində qadağan olunmuş “FiFA” siqnalı və sayrışın işıqların olmasıdır. Həmin nəqliyyat vasitəsinin cərimə meydançasına aparıldığı bildirilir.

Avtosfer.az saytının əldə etdiyi məlumata görə, 10 AA 812 dövlət nömrə nişanlı avtomobil Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərovun xidməti maşınıdır.