www.DOGRU.tv - Onlayn Televiziya » Hadisə » Biznesmenin 65 metrlik yaxtası Bakı bulvarından oğurlanıb

Biznesmenin 65 metrlik yaxtası Bakı bulvarından oğurlanıb

Bölmə: Hadisə
Biznesmenin 65 metrlik yaxtası Bakı bulvarından oğurlanıb
Bakı bulvarından yaxta oğurlanıb.

Polisə müraciət edən 1967-ci il təvəllüdlü Abdullayev Füzuli Daşdəmir oğlu "Yaxt klub"da saxladığı katerinin naməlum şəraitdə yoxa çıxdığını bildirib.

Şikayətçi qeyd edib ki, katerinin uzunluğu 65 metrə yaxındır və bu gəmi onun şəxsi mülkiyyətində olub. Həmçinin o da qeyd edilib ki, yaxta 2006-cı ilin iyun ayından "Yaxt klub"un ərazisində müqaviləsiz əsaslarla saxlanırmış.

F.Abdullayev şəxsi gəzinti gəmisinin tapılmasını xahiş edib.

Qeyd edək ki, F.Abdullayev biznesmendir (lent.az).