SON DƏQİQƏ

"Elina Hacıyeva işi": məhkəmədə həkimlər ifadə verir

Tarix:25-09-2019, 16:44

Çərşənbə axşamı Bakının Səbail rayon məhkəməsində 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar etməsindən sonra onun aparıldığı Klinik Tibbi Mərkəzin həkimlərinin ifadəsinə başlanıb.

Məhkəmə prosesini izləyən BBC News Azərbaycanca müxbiri xəbər verir ki, xəstəxananın uşaq həkimi Əkrəm Covdarov ifadəsində xəstəxanaya gətirilərkən Elinanı o müayinə edib və azyaşlı rentgen və UZİ-dən keçirilib.

Amma həkimlər Elina Hacıyevaya təcili cərrahi müdaxiləni zəruri edən problem aşkar etməyiblər, Əkrəm Covdarov ifadəsində deyib.

İstintaq materiallarında Elina Hacıyevanın ölməsinə 7-8 səbəb göstərilib. Bu səbəblər arasında ağciyər zədələnməsi, kəskin tənəffüs çatışmazlığı, çanaq sümüyündə qırıqlar, travmatik şok var.

Məhkəmə digər şahidlərin ifadəsi ilə davam edir.

Ötən məhkəmə prosesində iş üzrə təqsirləndirilən məktəb direktoru Sevinc Abbasova ifadə verib.

O, Cinayət Məcəlləsinin "təhlükədə qoyma və səhlənkarlıq", "zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda" maddələri ilə ittiham olunur.

Bu prosesdə Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova şahid qismində məhkəmədə çıxış edib.

Nə baş verib?

Elina Hacıyeva 2019-cu ilin aprelin 4-də özünü təhsil aldığı 162 saylı məktəbin pəncərəsindən ataraq intihar edib.

O, xəstəxanaya aparılsa da, aldığı çoxsaylı zədələrə görə iki gün sonra xəstəxanada vəfat edib.

Baş Prokurorluq hadisə ilə bağlı Cinayət Məcəlləsinin "özünü intihar həddinə çatdırma" maddəsi üzrə cinayət işi açsa da, ilkin rəsmi məlumatda yeniyetmə qızın məktəbin 3-cü mərtəbəsindən yıxıldığını qeyd etmişdi.

Elina Hacıyevanın anası Sevil Hüseynova BBC News Azərbaycancaya deyib ki, o, məktəbdə qızına qarşı olan pis davranışlar barədə məktəb müəllimlərinə və direktoruna dəfələrlə müraciət edib, amma bir tədbir görülməyib.

Sevil Hüseynova ölümlə bağlı "məktəbin direktorundan, dərs hissə müdirindən, həkimlərdən, bu işdə əli olan hər kəsdən şikayət" etdiklərini deyib.

Sevinc Abbasova BBC News Azərbaycancaya açıqlamasında özünü Elina Hacıyevanın ölümündə təqsirli bilmədiyini söyləyib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ