www.DOGRU.tv - Onlayn Televiziya » Hadisə » Xəstə atasının yanına dönmək üçün fahişəlik etdi


Xəstə atasının yanına dönmək üçün fahişəlik etdi

Bölmə: Hadisə
Xəstə atasının yanına dönmək üçün fahişəlik etdi
Türkiyədə yaxalanan azərbaycanlı qadının köməyinə polis çatdı.

Türkiyədə öz həmyerlisini cinsi istismara məruz qoyan azərbaycanlı qadın tutulub.27 yaşlı Xəyalə Kərimova Azərbaycandan Türkiyəyə çemodan ticarəti ilə məşğul olmaq üçün gedib.

Lakin atası xəstələndiyi üçün geri dönməli olub. Azərbaycana qayıtmaq istəyən qadının işləri yolunda getmədiyi üçün pyulsuz qalıb.

Əldə edilən məlumata görə, Adana polisinə Azərbaycan vətəndaşı olan 29 yaşlı Rəvanə Orucovanın həmyerlisini fahişəliyə cəlb etməsi barədə məlumat daxil olub. Bundan sonra polis işə başlayıb.

Müştəri formasına girən polis qadını cinayət başındaca yaxalaya bilib. Polis Orucova, ilə yanaşı qadınlara saatı 100 liraya ev kirayə verən makleri də saxlayıb.

Xəyalə biznes işi alınmadığı üçün həmyerlisinin yanında qaldığını, atası xəstələnəndə isə geri qayıtmaq üçün pul müqabilində fahişəlik etmək təklif olunduğunu etiraf edib.

R. Orucova qadınları cinsi istismara məruz qoyma, makler isə cinayətə kömək etmək maddələri ilə məhkəmə qarşısına çıxarılacaq.