www.DOGRU.tv - Onlayn Televiziya » Hadisə » Böyük "oğru sxodkası"na hazırlıq gedir

Böyük "oğru sxodkası"na hazırlıq gedir

Bölmə: Hadisə
Böyük "oğru sxodkası"na hazırlıq gedir
Kriminal aləmin nümayəndələri "qanuni oğru" Zaxari Kalaşovun başçılığı altında yeni böyük “sxodka”ya hazırlanmağa başlayıb.
Məlumata görə, proseslər "Şakro" ləqəbli "qanuni oğru” Zaxari Kalaşovun başçılığı altında aparılır.
Toplantıda kriminal aləmin "oğru" titulundan məhrum edilməsi nəzərdə tutulan konkret şəxslər haqda müzakirələr planlaşdırılır. Hüquq-mühafizə orqanlarında olan mənbə "kriminal generallar"ın böyük "sxodka"sının ən yaxın aylarda keçiriləcəyini bildirib.
"Sxodka”nın yazın sonunda Moskva ətrafında keçirilməsi planlaşdırılır. Görüşdə 300-ə yaxın "qanuni oğru"nun iştirak edəcəyi gözlənilir.
Toplantıda bəzi "qanuni oğru"lar "kriminal generallar" tərəfindən rütbələrindən məhrum olunacaq.
Yığıncaqda Tariyel Onianinin ("Taro") keçmiş və hazırkı tərəfdarları arasında nəzərdə tutulan "müharibə" haqqında müzakirələr aparılacaq.
Qeyd edək ki, Zaxari Kalaşov Rusiya mafiyasının "Ded Xasan"ın ölümündən sonra boş qalmış “bosslar bossu” vəzifəsini tutmağa 1 nömrəli namizəddir (ANS PRESS).