SON DƏQİQƏ

QANUNSUZ SAXLANILAN SİLAH GÖTÜRÜLDÜ

Tarix:7-03-2019, 13:01

   Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

 DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,  martın 6-da Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Nic qəsəbə sakini Anton Aqaidən müvafiq sənədləri olmayan "TOZ-16”  markalı təklülə ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ