SON DƏQİQƏ

Xaçmazda 2 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib

Tarix:7-03-2019, 12:02

Xaçmaz rayonunun Yalama kəndində iki nəfərin ölümü ilə nəticələnən yanğın baş verib. Martın 6-da saat 23:30 radələrində qeydə alınan hadisə nəticəsində 1984-cü il təvəllüdlü Əjdər Qədirov və 5 yaşlı oğlu Taleh yanaraq ölüblər.

Hadisə baş verən zaman evdə Əjdər Qədirovun Yusif adlı digər oğlu da olub. Ayılaraq evdə yanğın olduğunu görən Yusif atasını və kiçik qardaşını oyatmağa cəhd göstərsə də, onlar ayılmayıb. Bundan sonra Yusif evi tərk edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülsə də, evdə qalan iki nəfərin həyatını xilas etmək mümkün olmayıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi Əjdər Xaçmazda 2 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib

Qədirovun və övladı Taleh Qədirovun yanmış meyitləri aşkarlanıb.

İcra nümayəndəsi bildirib ki, hadisə zamanı həlak olan Əjdər Qədirov spirtli içkilərə meyilli həyat tərzi yaşayıb. O, üç oğul və bir qız atası olub.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ