SON DƏQİQƏ

OĞURLUQ VƏ DƏLƏDUZLUQ EDƏN ŞƏXS SAXLANILDI

Tarix:28-02-2019, 01:05

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə,  Quba RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fərqli vaxtlarda Quba və yaxın rayonlarda çoxlu sayda oğurluq və dələduzluq etməkdə şübhəli 35 yaşlı Sabirov Ramiz  Əli oğlu saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edib. R.Sabirovun ətrafında aparılan tədbirlərlə, onun müxtəlif vaxtlarda Quba rayonunda ümumilikdə 16 nəfərə qarşı dələduzluq və oğurluqlar etdiyi məlum olub.

Ramiz Sabirovun başqa hadisələrdə iştirak edib-etməməsi araşdırılır.

Əgər Ramiz Sabirovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Quba RPŞ-nə müraciət etmələri və ya şəhər telefonlarından  (023)3353511; (023)3354302 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.  

 

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ