SON DƏQİQƏ

QƏBƏLƏ SAKİNİNDƏ NARKOTİK VASİTƏ AŞKARLANIB

Tarix:28-02-2019, 01:02

   DİN Mətbuat Xidmətinin Şəki  regional qrupundan verilən məlumata görə, ötən gün Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Emin Zamanov  saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman şəxsi istehlak miqdarından yuxarı həddə,  yəni 0, 186 qram heroin aşkar olunub. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə baxış keçirilən zaman oradan   405 qram narkotik vasitə olan-qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 Faktla bağlı araşdırma aparılır.

 

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ