SON DƏQİQƏ

QUBADA ƏXLAQSIZ YUVA AŞKAR OLUNDU

Tarix:28-02-2019, 00:58

DİN Mətbuat Xidmətinin Qubarayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayon sakini Zeynəb Məmmədovanın "Tamerlan” adlı kafedə əxlaqsız yuva təşkil etdikləri barədə məlumat daxil olub.

Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində kafe sahibəsi və oğlu, eləcə də həmin kafedə işləyən 5 qadın saxlanılaraq RPŞ-nə gətirilib.

Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində AR Cinayət Məcəlləsinin 243 (Fahişəliyə cəlb etmə) və 244 (Əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

 

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ